Aktrisa Çimnaz Sultanovadan prodüserə ağır ittiham: işə polislər qarışıb - Qalmaqal
23-01-2022 [22:54]
Aktrisa Çimnaz Sultanova evindən külli miqdar dəyərində oğurluq edildiyini iddia edib.
Mia.az xəbər verir ki, bu barədə APA-ya aktrisanın özü məlumat verib.
Aktrisa bildirib ki, oğurluq hadisəsi 2018-ci ildə yaşadığı Binəqədi rayonu ərazisində yerləşən evdə baş verib.
Ç.Sultanovanın sözlərinə görə, prodüser Zərif Əlixanova yeniyetmə qızı ilə birgə müxtəlif vaxtlarda yaşadığı evdən 80 min avro dəyərində qızıl-zinət əşyaları oğurlayıblar:
"Zərif əvvəllər "Lider" televiziyasında prodüser işləyirdi. Bir neçə dəfə onun verilişində qonaq olduqdan sonra münasibətimiz yarandı və rəfiqə olduq. Bundan sonra Zərif vaxtaşırı olaraq bizə qonaq gəlirdi. Evimdən oğurluq etdiyini biləndə çox məyus oldum. Bunları etdiyi ilk vaxtlarda məndə xahiş etdi ki, polisə məlumat vermə, əvvəl 40 min manat verəcəm, sonra da qalanını ödəyəcəm. Üstündən xeyli müddət keçdi ödəmədi.
Məsələ ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə müraciət etdim. Sonra Zərif oğurluq əməlini məktəbli qızının üstünə atdı. Qızı da müstəntiqə ifadə verərkən deyib ki, qızılları o oğurlayıb sonra da hamısını nəyəsə büküb atıb. Amma mən əminəm ki, uşaq belə bir şey edə bilməz".
Ç.Sultanova qeyd edib ki, 4 il keçəndən sonra polis yenidən araşdırmaya başlasa da hələ ki, bir nəticə əldə olunmayıb.
İddia ilə bağlı Zərif Əlixanova bildirilib ki, aktrisanın dedikləri həqiqəti əks etdirmir.
Zərif Əlixanovanın sözlərinə görə, Çimnaz Sultanovanın müraciəti ilə bağlı iki dəfə Binəqədi Rayon Polis İdarəsində araşdırma başlanılsa da, cinayət işinin açılması rədd edilib. Ərizəçi verilən qərarlardan narazı olaraq, Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edib və yenidən araşdırma davam edib:
"Hazırda iş üzrə icraat dayandırılıb. Lakin ərizəçi araşdırmanın nəticəsini gözləmədən bizim hüquqlarımızı kobud şəkildə pozur. O, mənim, ailəmin, övladımın şəkillərini paylaşaraq şərəf və ləyaqətimizi alçaldır. Özündən hökm çıxarıb çağırışlar edir. Cinayət Məcəlləsinin 156-cı maddəsinə görə bu kimi addımlar, şəxsi həyata toxunulmazlıq hüququnu kobud şəkildə tapdalayır və bu əməlləri törədən hər addıma görə, hüquqi məsuliyyət daşıyır. Şəxsin törətdiyi bu qanunsuz addımlara görə, azyaşlı övladım ciddi psixoloji sarsıntı keçirib, hətta intihar həddinə çatıb. Qeyd edilənlərə və Konstitusiyanın 26-57-ci maddələrində nəzərdə tutulmuş hüquqlarımdan istifadə edərək Cinayət Məcəlləsinin 204-cü maddəsinə əsasən, aktrisanın qanunsuz əməlləri barədə hüquq mühafizə orqanlarına müraciət etmişik. Növbəti günlərdə isə Ombudsman Aparatına, Daxili İşlər Nazirliyinə və digər aidiyyatı qurumlara rəsmi şikayət ərizəsini təqdim edəcəyik. "
Z.Əlixanova hal hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparıldığını deyib. Buna görə də o hüquq müstəvisində həll olunacaq məsələ barədə sosial şəbəkədə və media qurumlarında heç bir məlumat verməyəcəyini bildirib.
O, həmçinin media nümayəndələrinə və sosial şəbəkə istifadəçilərinə müraciət edərək, hüquqi qiymət verilməyən məsələ ilə bağlı yayılan məlumatlara görə məsuliyyət daşıdıqlarını xatırladıb.
Xatırladaq ki, Zərif Əlixanova yazıçı Vaqif Əlixanlı ilə jurnalist, əməkdar incəsənət xadimi Şəfəq Əlixanovanın qızıdır.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb