""Topaz”ın kimin monopoliyasında olduğunu bilmirəm, amma..." - Deputat
23-01-2022 [12:15]
““Topaz”ın kimin monopoliyasında olduğunu bilmirəm. Mənim də qulağıma çatır ki, bunu Cavid Qurbanovla əlaqələndirilər, amma əlimdə fakt olmadan dəqiq söz deyə bilmərəm. Hər kim olursa-olsun, bu, Azərbaycana ziyan vurmaqdan başqa bir şey deyil. Həmçinin “Topaz” şəxsi varlanma vasitəsidir. Milli Məclisdə mərc oyunları, qumarın fərqləndirilməsi ilə bağlı qanunvericiliyə müəyyən dəyişikliklər etdik. Burada məqsəd nəyin qumar, nəyin mərc oyunu, latoreya və s. olmasını fərqləndirmək idi. Bu, məsələnin qanuni tərəfidir”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.
Deputat bildirib ki, məsələnin mənəvi tərəfinə gəlincə isə, şəxsən heç vaxt mərc oyunlarını, latoreyaları qəbul etmir:
“Hesab edirəm ki, bu, dövlətin özünün qumar oynamasıdır. Dövlət vətəndaşa bunu qadağan edir, amma özü onlarla qumar oynayır. Çəkinmədən deyirəm ki, bunu qəbul etmirəm. Hələ həyatımda bir dəfə olsun lotoreya almamışam, çünki həm bəxtimə güvənmirəm, həm də hər şeyi özüm əldə etmək istəyirəm. Əslində, “Topaz”da qeyri-sağlam münasibətlər kəskindir. Bu, əhalini soymağa, faydalı işdən yayındırmağa xidmət edir və onlara ideoloji cəhətdən ziyan vurur. Bəzi vətəndaşlar ailəsini dolandırmaq əvəzinə mütəmadi lotoreya biletləri alır, mərc oyunlarına girişir, əşyaları satıb onun pulunu, əmək haqlarını, pensiyaları belə oyunlara qoyurlar. Bütün bunlar Azərbaycan xalqına ciddi ziyan vurur. Qanunvericilikdə belə oyunlar qanuniləşib. Amma bir insan kimi mən belə mərc oyunları və lotoreyaları pərdələnmiş qumar sistemi hesab edirəm. Xalqın mənəviyyatına qarşı yönəlmiş haldır”. (Pavda.az)
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO
Premyer Liqa: növbəti turun təyinatları bəlli olub
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
Türkiyə kubokunun təqvimi açıqlandı
Əməkdar artist Rahib Əliyev vəfat edib
Daha bir sosial media fenomeni tutulub - Xanımı ilə birgə