İsa Qəmbər Yadigar Sadıqovun anası təbrik edib

img

08-03-2014 [12:28]


Müsavat başqanı İsa Qəmbər 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə Yadigar Sadıqovun anası Gövhər xanımı, sonra isə Tofiq Yaqublunun ailə üzvlərini ziyarət edərək təbrik edib.

Bu barədə İsa Qəmbər facebookda yazıb.

"Bu gün mənə qismət oldu ki, əvvəlcə Yadigar Sadiqovun anası dəyərli Gövhər xanımı, sonra isə Tofiq Yaqublunun fədakar ailə üzvlərini- qəzadan yeni-yeni özünə gələn Maya xanımı, gözəl müsavatçılar Nigar və Nərgiz xanımı bayram münasibətilə təbrik edim. Hər şey onların istədiyi kimi olsun! Dünya qadınların ürəyi kimi gözəl olsaydı, çox yaşamalı bir məkan olardı”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA