İlqar Altay Abbas Abbasovun bəyanatına münasibət bildirdi

img

07-03-2014 [22:07]


İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas-tədqiqatçı İlqar Altay Azərbaycanın baş nazirinin keçmiş birinci müavini, Rusiyadakı "AzərRos” Cəmiyyətinin rəhbəri Abbas Abbasovun Putinin Ukraynaya hərbi müdaxilə qərarını dəstəkləməsi bəyanatına münasibət bildirib:

Abbas Abbasovun bir ahıl yaşlı, tanınmış azərbaycanlı olaraq qatı rus millətçi tərəfkeşliyi mövqeyində yaydığı bəyanat dərin təəssüf doğurur. Azərbaycanın baş nazirinin müavini kimi yüksək dövlət vəzifəsi daşımış və indi də Rusiyada yaşayan 2 milyondan çox azərbaycanlılara liderlik iddiasında olan bir şəxsin Kremlin, Putinin qonşu Ukraynaya qarşı antikonstitusion və antibəşərı aqressiv addımlarını, Krım bölgəsini faktiki işğal etməsini, separatçılığı bu cürcanifəşanlıqla dəstəkləməsi əslində Azərbaycanın mövqeyi üçün ziyanlıdır.

Abbas Abbasov yaxşı bilir ki, ermənilərin Qarabağdakıtorpaqlarımıza iddiası, bu iddia ilə ölkəmizə savaş açma cürəti, vətəndaşlarımıza qarşı törətdikləri Xocalı soyqırımı və sair kimi müxtəlif vəhşiliklər, nəticədə 20 faiz ərazımızıişğal altında saxlaması və bu status-kvonu 20 ildir davam etdirə bilməsi yalnız Rusiyanın bilavasitə müdaxiləsi və dəstəyi hesabına mümkün olmuşdur. Dünya bilir ki, bunlar Kremlin separatizm mexanizmi ilə öz imperiya qalıqlarını zorla qoruyub saxlamaq və öz təsiri altından qurtulmağa cəhd edən ətraf suveren postsovet respublikalara təzyiq və təhdid siyasətinin tərkib hissəsidir. Moskvanın Ukrayna dövləti üçün yaratdığı Krim problemi tamamən Azərbaycanda Qarabağ, Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Moldovada Dnestryanı Respublika kimi gərginlik ocaqlarının eynisidir.

Bu gün Rusiya rəhbəri Putinin apardığı haqsız, antidemokratik Ukrayna, Krım aqressiyasını bu cür ürəkdən və açıq-aydın dəstəkləməsi Abbas Abbasovun artıq Rusiyanın, Kremlin siyasətinin icraçısına çevrilməsinin, Azərbaycan daxil bütün digər bölgələr üzərində yeni imperiya quruculuğuambisiyalarının tərəfkeşliyiningöstəricisidir. Müharibə ritorikalı Putin mövqeyini belə birmənalı müdafiə və hətta təbliğ etmək məhz bu siyasətin faciəli qurbanlarından olmuş Azərbaycanın adından danışan, özünüazərbaycanlılar diasporunun lideri sayan ictimai-siyasi xadimin statusuna uyğun gəlmir. Təcrübəli və müdrik şəxsiyyət "statuslu” cənab Abbasov hazırkı yararsız və həm də ziyankar mövqeyə yuvarlanmaqdan öncə vətəni Azərbaycanı, böyuk türk millətinin bir qismi olaraqrusların sürgünlərni keçib zülm çəkmiş Krım türklərini(tatarlarını), suveren yaşam haqqını tələb edən Ukrayna xalqını vəümumiyyətlə, dövlətlər və millətlərarası bəşəri sivil davranış qaydalarına riayətbarədə düşünsəydi yaxşı olardı.

Bu saat bütün dünya Rusiyanın Ukraynaya olan ədalətsiz, aqressiv addımlarına qarşıdır. Hətta Cin və İran kimi dövlətlər də Ukraynanın suverenliyini tanımaq və daxili işlərinə qarışmamaq mövqeyi sərgiləyir. Sıx müttəfiqləri, Lukaşenko və Nazarbayev də Putinin mövqeyini rəsmi dəstəkləmədi. Hətta, Rusiyanın for-post əlaltısı Ermənistan və onun ictimai-siyasi xadimləri belə dinməz oturub. Jirinovski kimi bir neçə qatı şovinisti çıxmaqla Rusiya cəmiyyəti xadimləri də Putinin son addımlarını dəstəkləmir və hətta buna qarşı çıxırlar. O halda bizim Abbas müəllim bir an dayanıb ətraf və arxasına baxsın ki, Putinin hərdənbir onu şəxsən təbrik edib ictimailəşdirməsi, onun üçün Moskva və Rusiyada müxtəlif şəraitlər yaratması və sair kimi müxtəlif həvəsləndirmələri sayəsində nə qədər qabağa gedib və nə qədər məntiqdən, öz müvazinət nöqtəsindən uzaqlaşıb.

Abbas Abbasov zamanın hökmü ilə ən kritik anda məcbur olub öz həqiqi mövqe və mahiyyətini, AzərRos ("Milyarderlər İttifaqı”) adı altında hansı məqsəd və strateqiyaya xidmət etdiyini ortaya qoydu. Adekvat olaraq, Azərbaycan cəmiyyəti də Moskvada oturub "vətənpərvərlik alveri” edənlərə qarşı öz münasibətini sərgiləməlidir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA