Səbinə Əliyeva 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb - MƏTN
19-01-2022 [12:12]
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 20 Yanvar faciəsinin 32-ci il ildönümü ilə əlaqədar bəyanat yayıb.
Bu barədə Mia.az-a Ombudsman Aparatından məlumat verilib.
Bəyanatda deyilir:
"Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən 32 il ötür.
20 Yanvar hadisələri Azərbaycan xalqının iradəsini, mübarizə əzmini qıra bilmədi, əksinə xalqımızı azadlıq uğrunda daha da sıx birləşdirdi, müstəqilliyə gedən yolunu yaxınlaşdırdı.
1980-ci illərin sonlarından başlayaraq Ermənistan Azərbaycana qarşı əsassız ərazi iddiaları etməklə yanaşı, azərbaycanlılara qarşı nifrət, etnik təmizləmə və soyqırım siyasəti yürüdürdü.
Ermənistanın təcavüzkar hərəkətlərindən və SSRİ rəhbərliyinin bu fəaliyyətə dəstək verməsindən hiddətlənən, buna öz qəti etirazını bildirən Azərbaycan xalqının iradəsini qırmaq məqsədilə dinc əhalinin üzərinə qoşun yeridilməsi Bakı və Sumqayıt şəhərlərində, habelə ölkəmizin digər şəhər və rayonlarında qırğınlara səbəb oldu. İnsanlıq əleyhinə törədilən bu cinayət nəticəsində 150 nəfər dinc mülki şəxs, o cümlədən uşaqlar, qadınlar və ahıl şəxslər amansızcasına öldürülüb, 744 insan yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.
1990-cı ilin 21 yanvar tarixində bütün təzyiq və çətinliklərə baxmayaraq Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyev siyasi iradə nümayiş etdirərək, SSRİ rəhbərliyi tərəfindən törədilən bu cinayətlə bağlı sərt bəyanat verib.
Bu qanlı faciəyə siyasi-hüquqi qiymətin verilməsi də məhz Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı nəticəsində reallaşıb. Belə ki, 1994-cü ildə Milli Məclisin xüsusi sessiyası keçirilib, “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul olunub. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin ailələri və bu hadisələr ilə əlaqədar əlilliyi olan şəxslər üçün zəruri sosial müdafiə sistemi yaradılıb.
Beynəlxalq hüquqa əsasən 20 Yanvar hadisələri insanlıq əleyhinə cinayət kimi tövsif edilməli, bu cinayətin sifarişçiləri və icraçıları cəzalandırılmalıdır. Belə ki, həmin hadisələr zamanı mülki əhaliyə qarşı törədilmiş insanların məhv edilməsi, məcburi yoxa çıxarılması, siyasi, irqi, etnik, mədəni və ya cinsi motivlərə görə təqib edilməsi, işgəncə, qəsdən güclü iztirablara səbəb olma və ya ağır bədən xəsarətləri yetirilməsi, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət olan digər qeyri-insani hərəkətlər Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 7-ci maddəsinə əsasən məhz insanlıq əleyhinə cinayətlər kimi tövsif edilir.
Azərbaycan tarix boyu ağır sınaqlardan keçmiş, tarixin müəyyən mərhələlərində xalqımıza qarşı qanlı cinayətlər, terror aktları, soyqırımlar törədilib. Xüsusilə də son 30 ilə yaxın müddət ərzində davam etmiş hərbi təcavüz nəticəsində 23 000-dən çox azərbaycanlı həyatını itirib, 50 000 insan yaralanmış və ya əlil olub, 4 000-ə yaxın Azərbaycan vətəndaşı isə hələ də itkin düşmüş hesab edilir.
2020-ci ildə ölkəmizə qarşı yönəlmiş növbəti hərbi təcavüzün qarşısının alınması və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə əks-hücum əməliyyatına başlanılıb, 30 ilə yaxın Ermənistanın işğalı altında olmuş torpaqlarımız qısa müddət ərzində azad edilib, soydaşlarımızın pozulmuş hüquqları bərpa edilib.
Ermənistanın həmin hərbi əməliyyatların gedişi zamanı Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri nəticəsində isə 10-dan çoxu uşaq olmaqla 100-dən çox dinc mülki şəxs qətlə yetirilib, 450 nəfərdən çox insan yaralanıb, 12 min mülki infrastruktur obyekti, o cümlədən 3410-dan çox ev, 120 çoxmənzilli yaşayış binası və çoxlu sayda məktəb, xəstəxana, uşaq bağçası da daxil olmaqla, 512 mülki infrastruktur, habelə tarixi, dini və mədəni abidələrimiz dağıdılmış və ya onlara ciddi ziyan vurulub.
20 Yanvar faciəsinin insanlıq əlehinə cinayət kimi tövsif olunması, onun sifarişçilərinin və icraçılarının cəzalandırılması üçün yetərincə hüquqi əsaslar mövcud olsa da, bu günədək məsələyə hüquqi qiymət verilməyib.
Dünya ictimaiyyətini və beynəlxalq qurumları 20 Yanvar hadisələrini törətmiş şəxslərin ədalət mühakiməsinə cəlb edilməsi, bu qanlı aksiyaya beynəlxalq hüquqi qiymət verilməsi məqsədilə əməkdaşlığa çağırırıq".
Bəyanat BMT-nin Baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
Azərbaycan nefti kəskin ucuzlaşıb
Brazilyada dünyanı heyrətə salan hadisə: ölən əmisini banka gətirib adına kredit götürməyə çalışan qadın tutulub - FOTO
Sumqayıtda dəhşətli hadisə: oğul ata və anasını öldürüb
İSRAİL İRANI YENİDƏN VURUB: niyə İsfahan hədəf alınıb? - Açıqlamalar
Almaniyada şok olay: Rusiyaya casusluq ittihamı ilə iki nəfər həbs olunub - Kanslerdən açıqlama
"Beşiktaş" holland məşqçi ilə anlaşdı - İddia
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb