07-03-2014 [16:06]
Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək MSK-ya ünvanladığı üç sorğusuna cavab verilməsi üçün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun üzərinə öhdəliyinin qoyulması haqqında məhkəmə qərarı çıxarılmasını xahiş edib.
Partiya sədrinin imzaladığı iddia ərizəsində deyilir:
"Azərbaycan Respublikası Milli Məclisinin bəzi deputatlarının Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinin 2-ci hissəsinin tələblərinə zidd olaraq icra hakimiyyəti sistemlərində qulluq etməsi, elmi, pedoqoji və yaradıcılıq fəaliyyətindən başqa ödənişli fəaliyyətlə məşğul olması və bununla bağlı müvafiq qanuni tədbirlərin görülməsi üçün tərəfimdən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına 3 dəfə eyni məzmunlu deputat sorğuları təqdim edilmişdir. Qeyd olunan sorğular cavabdeh təşkilat tərəfindən qəbul edilib, lakin bu günədək onlara qanunsuz olaraq cavab verilməmişdir.
Hər şeydən əvvəl, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.
Qeyd olunan konstitusion müddəa bir sıra qanunvericilik aktları ilə konkretləşdirilərək tənzimlənmişdir.
Belə ki, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və 10-cu maddələrinə əsasən, deputat sorğusu vermək Azərbaycan Respublikası Milli Məclisinin deputatının həm səlahiyyəti, həm də hüququ kimi nəzərdə tutulmuşdur.
Adı çəkilən Qanunun 10-cu maddəsinə əsasən, deputat öz səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, Azərbaycan Respublikasının Baş prokuroruna və ona tabe olan prokurorlara, yerli özünüidarə orqanlarına və onların vəzifəli şəxslərinə, Azərbaycan Respublikası Mərkəzi Bankının idarə heyətinə, Azərbaycan Respublikasının Auditorlar Palatasına sorğu verə bilər.
Deputat sorğusu deputat tərəfindən fərdi qaydada və ya Azərbaycan Respublikası Milli Məclisinin iclaslarında yazılı şəkildə verilir. Sonuncu halda deputat sorğusu Azərbaycan Respublikası Milli Məclisinin iclasına sədrlik edən və ya sorğunu verən deputat tərəfindən oxunur.
Müvafiq orqanlar və ya vəzifəli şəxslər deputat sorğusuna bir ay müddətində rəsmi surətdə yazılı cavab verməlidirlər.
Hətta deputat kimi deyil, bir vətəndaş kimi müraciət etmiş olsam belə Mərkəzi Seçki Komissiyası "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərini rəhbər tutaraq mənim müraciətimə ən geci 1 ay müddətində əsaslandırılmış cavab verməli idi. Göründüyü kimi, Mərkəzi Seçki Komissiyası deputat sorğusuna cavab verməməklə, yəni öz hərəkətsizliyi ilə qanunvericilikdə nəzərdə tutulmuş öhdəliyini icra etməmiş, bununla da mənim deputat statusumun təminatı olan səlahiyyətlərimin həyata keçirilməsinə suni maneə yaratmışdır.
Ona görə də hesab edirəm ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzərinə "Azərbaycan Respublikası Milli Məclisinin bəzi deputatlarının Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinin 2-ci hissəsinin tələblərinə zidd olaraq icra hakimiyyəti sistemlərində qulluq etməsi, elmi, pedoqoji və yaradıcılıq fəaliyyətindən başqa ödənişli fəaliyyətlə məşğul olması və bununla bağlı müvafiq qanuni tədbirlərin görülməsi barədə” tərəfimdən təqdim edilmiş üç sorğuma cavab verilməsi öhdəliyinin qoyulması haqqında məhkəmə qərarı çıxarasanız”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi