"Siyasi partiyalar haqqında" yeni qanun... - Layihə Milli Məclisdə müzakirəyə çıxarılacaq

img

17-01-2022 [14:22]


"Siyasi partiyalar haqqında" yeni qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarıla bilər".

Bunu Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli deyib.

Onun sözlərinə görə, layihənin rəhbərlik etdiyi komitənin yaz sessiyasının işlər planına daxil edilməməsinə baxmayaraq, sessiya müddətində tam hazırlanıb müzakirəyə çıxarılacağı istisna olunmur: "Qanun layihəsinin komitənin işlər planına salınmaması o demək deyil ki, parlamentdə müzakirə edilə bilməz. Əgər ehtiyac olarsa, qanun layihəsi işlər planına daxil edilə və parlamentin müzakirəsinə çıxarıla bilər"/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR