Azərbaycanlı polkovnik ruslara qarşı döyüşəcək? - IDDIA

img

07-03-2014 [11:03]


İsa Sadıqov "Cövhər Dudayev" batalyonunun qərargah rəisi təyin olunub.

"Axar.az" xəbər verir ki, bu barədə informasiyanı çeçen mücahidlərinə yaxın olan saytlar yayıb. İsa Sadıqovu bu vəzifəyə "Cövhər Dudayev" sülhməramlı dəstəsinin rəhbəri olan briqada generalı İsa Munayev təyin edib. Çeçen mücahidləri artıq ruslara qarşı Ukraynada mübarizə aparmaq üçün batalyonun fəal şəkildə əməliyyatlara hazırlaşdıqlarını söyləyiblər.

Qeyd edək ki, "Cövhər Dudayev" sülhməramlı dəstəsi çeçen briqada generalı İsa Munayevin rəhbərliyi ilə yaradılıb. Artıq dəstənin tərkibinə 10-dan çox ölkədən müraciətlər daxil olub. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA