İqbal Ağazadə Avropa Məhkəməsinə şikayətini geri götürüb

img

14-01-2022 [12:06]


Yanvarın 13-də Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycan üzrə qərar və qərardadları elan olunub.

Aihm.az bildirir ki, Azərbaycan dövlətinin Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan hüquqlarının pozulduğu tanınan 15 şikayətçinin hər birinə 4750 avro, 6 şikayətçinin hər birinə 2100 avro, 5 şikayətçinin hər birinə 1750 avro, 2 şikayətçinin hər birinə 4750 avro, 1 şikayətçiyə 11 min avro, 1 şikayətçiyə 8300 avro, 1 şikayətçiyə 5 min avro təzminat ödəməli olduğu bəyan edilib.

Gözlənən qərarlardan biri Ümid Partiyasının sədri İqbal Ağazadənin şikayəti ilə bağlı idi. Siyasətçi seçki və səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq hüquqlarına müdaxilə baş verdiyini iddia etmişdi. Ancaq İqbal Ağazadənin şikayətini geri götürdüyü bəlli olub.

İqbal Ağazadə 2015-ci il noyabrın 1-də keçirilən parlament seçkisində 35 saylı Xətai dairəsindən deputatlığa namizəd olub, amma seçki yarışından Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə qalib çıxıb. Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətində İqbal Ağazadə bildirmişdi ki, səslərin sayılması, təkrar sayma, nəticələrin ləğvi və başqa seçki prosedurları zamanı, habelə məhkəmə araşdırmalarında qanunsuzluq silsiləsi ilə üzləşib.

Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir.

Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin yurisdiksiyasındadır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR