Moldova mətbuatı İlham Əliyevin son müsahibəsini geniş işıqlandırıb

img

14-01-2022 [11:59]


Moldova aparıcı Kütləvi informasiya vasitələrində Prezident İlham Əliyevin Azərbaycan televiziya kanallarına verdiyi müsahibə geniş işıqlandırılıb.

Mia.az xəbər verir ki, Moldovanın aparıcı, geniş oxucu və izləyici auditoriyasına malik “NOİ.md”, “Tribuna.md” və “Dosarmedia.md” informasiya agentliklərində və “Publika.TV” kanalında Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi zamanı söylədiyi fikirlər rus və rumın dillərində geniş işıqlandırılıb.

Bu xüsusda Azərbaycanda xarici investorların hesabına təməli qoyalacaq külək elektrik stansiyası, bunun xarici investorlar tərəfindən ölkəmizin inkişafına və gələcəyinə inamın təzahürü olduğu barədə ölkə başçısının sözləri yayımlanıb. Həmçinin, Prezident İlham Əliyevin Fransa prezidentliyinə namizəd Valeri Pekresin Azərbaycan ərazilərinə təxribat xarakterli səfəri barədə, Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdə ermənilərin sayı barədə, o cümlədən regionda və dünyada baş verən mühüm hadisələr ilə bağlı söylədiyi fikirlər Moldova mətbuatında yer alıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR