Vəzirovun tabutda başını sığallayan qadın kim olub? - Maraqlı faktlar (FOTO)
14-01-2022 [09:03]
1988-1990-cı illərdə Azərbaycana rəhbərlik etmiş Əbdürrəhman Vəzirov ötən gün Moskvanın Troyekurovskoye qəbiristanlığında torpağa tapşırılıb.
Onunla vida mərasimindən çəkilmiş foto və videolarla bağlı sosial şəbəkələrdə açılan müzakirələr bitmək bilmir.
Bu müzakirələrdə ən çox səsləndirilən "Vəzirov niyə müsəlman dininin tələblərinə uyğun kəfənlənməyib, tabuta üzüaçıq qoyulub..." sualıdır.
Maraqlıdır ki, meyit şəriət qaydasının əksinə olaraq, tabuta üzüaçıq yerləşdirilsə də, vida mərasimində "Yasin" oxunur. Bu isə Vəzirovun müsəlmanlıqdan çıxdığı barədə iddiaları inkar edir.
Dünənki vida mərasimindən çəkilən şəkillərdə bir dəqqətçəkən məqam da var: Vəzirovun tabutuna doğru əyilən, onun başını sığallayan qadın...
Sosial şəbəkələrdə o qadının kimliyi də müzakirə mövzusu olub. Bilməyənlər hətta onun Vəzirovun xanımı olduğunu iddia edib. Halbuki, mərhumun həyat yoldaşı İrina Vəzirova dünyasını çoxdan dəyişib.
Bəs o qadın kim idi?
Mia.az modern.az-a istinadən xəbər verir ki, Vəzirovla vida mərasimindən çəkilən şəkillərdə mərhumun cənazəsi başında ağlayan həmin qadın onun bacısı Bəyaz Vəzirovadır.
İxtisasca musiqi müəllimi olan Bəyaz xanım Rusiyada yaşayan məşhur bakılı Timur Vaynşteynin anası, Asəf Zeynallı adına Musiqi Texnikumunda müəllim işləmiş mərhum bəstəkar Leonid Vaynşteynin (1945-1994) həyat yoldaşıdır.
Leonid və Timur Vaynşteynlər milliyyətcə yəhudi olsalar da, Azərbaycana bağlı insanlar kimi tanınıblar.
Ədürrəhman Vəzirovun yuxarıda adı çəkilən bacısı oğlu Timur Vaynşteyn vaxtilə "Parni iz Baku" Şən və Hazırcavablar Komandasının rəhbəri olub.
Timur Vaynşteyn hazırda Rusiyanın NTV Telekompaniyasının baş direktorunun müavini və baş prodüseridir.
Qeyd edək ki, Timur Vaynşteyn də dünənki vida mərasimində anasını müşayiət edib. Vəzirovun tabutuna doğru əyilən qadının - anasının arxasında dayanan odur.
Əbdürrəhman Vəzirov ötən gün Moskvanın Troyekurovskoye qəbiristanlığında öz vəsiyyətinə uyğun olaraq mərhum arvadı - milliyyətcə rus İrina Vəzirovanın yanında torpağa tapşırılıb. Onların Eldar adlı bir oğlu var.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi