“Qəbələ” braziliyalı hücumçu ilə müqavilə bağlayıb

img

12-01-2022 [09:12]


“Qəbələ” qış fasiləsində ilk transferini gerçəkləşdirib.

Mia.az kluba istinadla  xəbər verir ki, "qırmızı-qaralar” Patrik Robson de Souza Monteyronu heyətinə qatıb.

Braziliyalı hücumçu Avstriyanın “Admira” klubundan icarəyə götürülüb. 24 yaşlı cənubi amerikalı 1,5 il “Qəbələ”nin formasını geyinəcək.

Braziliyada “Amerika” (Rio-de-Janeyro), “Bonsusesso”, “Friburquense”nin yeniyetmə və gənclərdən ibarət komandalarında çıxış edən Patrik peşəkar karyerasına Avstriyada başlayıb. 2020/21 mövsümündə “Horn”da çıxış edən forvard ötən ilin yayında “Admira”ya keçib.


Digər xəbərlər
SON XƏBƏRLƏR