İkiqat olimpiya çempionu koronavirusdan vəfat edib

img

11-01-2022 [17:26]


Biatlon üzrə rusiyalı ikiqat olimpiya çempionu Anatoli Alyabyev 71 yaşında vəfat edib.

Mia.az Report-a istinadla xəbər verir ki, veteran idmançının ölümünə koronavirus səbəb olub.

Ağ ciyərlərindəki xəstəlikdən əziyyət çəkən biatlonçu yeni il öncəsi infeksiyaya yoluxub. Reanimasiyaya yerləşdirilən titullu idmançının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Anatoli Alyabyev 1980-ci ildə ABŞ-də keçirilmiş Qış Olimpiya Oyunlarında 20 km məsafəyə qaçışda və 4x7,5 km estafet yarışında qızıl medal qazanıb. O, həmçinin sprintdə 3-cü yeri tutub.


Digər xəbərlər
SON XƏBƏRLƏR