“Ortaq mirasımız – dilimiz” - Tədbir

img

05-03-2014 [21:33]


Qafqaz Universitetində dil və mədəniyyət festivalı çərçivəsində "Ortaq mirasımız – dilimiz” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilib. 

Universitetdən Mia.az-a daxil olan məlumata görə, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər ölkələrdən olan alim, mütəxəssislər iştirak ediblər. 

Konfransda AMEA-nın müxbir üzvü Tofiq Hacıyev ümummilli lider Heydər Əliyevin dilimizin, milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına daim xüsusi önəm verdiyini, Ulu Öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb: «Türk dilinin olduqca zəngin dil olduğunu xatırladan alim, eyni zamanda, türkdilli xalqların mövcud əlaqələrinin əhəmiyyətindən danışıb». 

Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov Azərbaycan ilə Türkiyənin mehriban qardaşlıq münasibətlərindən bəhs etmiş, dahi rəhbər Heydər Əliyevin "Biz bir millət, iki dövlətik” kəlamını xatırlatmışdır. Alim ortaq dilimiz barədə fikirlərini iştirakçılara çaatdırıb. 

Xəbərə görə, tədbirdə elmi-praktik konfransda əsasən türk dillərinin bir-birinə inteqrasiyası, mövcud olan problemləp, qarşıya çıxan çətinliklər, dilin tədrisi məsələləri və s. mövzularda çıxışlar olub. Konfrans müddətində müxtəlif elmi görüşlər və ekskursiyalar da həyata keçirilir. 

Qeyd edək ki, tədbir adları çəkilən ölkələrin universitetdə təhsil alan tələbələrinin Nəbi Xəzrinin Ana dili şeirini birgə səsləndirməsi ilə başlayıb.

  Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi idarə heyətinin sədri Ənvər Özərən Azərbaycan dilinin inkişaf etdirilməsi, təhsil səviyyəsinin yüksəldilməsi istiqamətində ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncam və fərmanların mühüm rol oynadığını söyləyib. 

 Sonra müzakirələr aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA