Ceyhun Bayramov: “Biz inanırıq ki, Qazaxıstan nailiyyətləri riskə atmadan vəziyyətdən çıxacaq və..."
11-01-2022 [12:40]
"Öncə, Türk Dövlətləri Təşkilatının sədri kimi bu fövqəladə toplantını çağırdığı üçün qardaş Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğluya təşəkkür edirəm. Həmçinin, Qazaxıstandakı ən son hadisələrlə bağlı ətraflı qiymətləndirməni təqdim etdiyi üçün Qazaxıstan baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tileuberdiyə təşəkkür bildirirəm".
Mia.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının xarici işlər nazirlərinin Qazaxıstanla bağlı fövqəladə toplantısında deyib.
Nazir daha sonra qeyd edib ki, Azərbaycan qardaş Qazaxıstandakı mövcud vəziyyəti dərin narahatlıqla izləyir:
"Ötən həftə baş verən hadisələrin insan tələfatı və yaralanması ilə nəticələnməsi xüsusilə təəssüf doğurur. Bununla əlaqədar biz, ölənlərin ailələrinə, yaxınlarına və bütün qazax xalqına dərin hüznlə başsağlığı verir, bütün yaralıların tezliklə şəfa tapmasını diləyirik.
Azərbaycan Qazaxıstanda vəziyyətin tezliklə normallaşmasının və qanunun aliliyinin bərpasının tərəfdarıdır. İctimai asayişə xələl gətirən, fundamental insan hüquqlarına və vətəndaşların azadlıqlarına təhdid törədən gücdən qanunsuz istifadə və zorakılığa heç bir bəraət qazandırıla bilməz və buna görə də qətiyyətlə pislənməli və rədd edilməlidir.
Biz Qazaxıstan xalqının və hökumətinin müdrikliyinə və qabiliyyətinə inanırıq. Biz inanırıq ki, Qazaxıstan müstəqilliyini bərpa etdikdən sonra əldə etdiyi əlamətdar nailiyyətləri riskə atmadan vəziyyətdən çıxacaq və sağlam düşüncə qalib gələcək.
Bu baxımdan Türk Dövlətləri Təşkilatının üzərinə mühüm vəzifə düşür. Təşkilat üzv dövlətlər arasında həmrəylik üzərində qurulub və bu çətin zamanda qazax bacı və qardaşlarımızın yanında olmaq bizim ümumi məsuliyyətimizdir.
Bununla əlaqədar biz, Təşkilatın mövcud vəziyyətdən çıxış yolu tapmaqda Qazaxıstana lazım gəldikdə yardım etməyə hazır olduğunu bəyan edən 6 yanvar 2022-ci il tarixli Bəyanatını alqışlayırıq. Bunu biz, Təşkilatın üzv və müşahidəçi ölkələrinə münasibətdə öz öhdəliklərini yerinə yetirmək bacarığı və möhkəm qətiyyəti işarəsi kimi qiymətləndiririk.
Eynilə, bugünkü növbədənkənar görüşü və qəbul edəcəyimiz birgə bəyanatı Qazaxıstan xalqı və hökuməti ilə açıq-aydın həmrəylik nişanəsi kimi yüksək dəyərləndiririk.
Qazaxıstanla dərin köklü etnik, dini və tarixi qardaşlığa malik ölkə kimi Azərbaycan, Qazaxıstanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmağın mühüm əhəmiyyətini bir daha təsdiqləyir.
Azərbaycan və Qazaxıstan həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən Türk Dövlətləri Təşkilatı və müvafiq institutları çərçivəsində yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Birgə maraqlar və qarşılıqlı mənfəət əsasında qurulan bu münasibətlər, hər iki ölkənin qətiyyəti və bölüşülən baxışları sayəsində bir sıra mühüm regional və trans-regional layihələrin həyata keçirilməsi üçün leytmotiv olub.
Azərbaycan, yalnız bizim dövlətlərimiz və xalqlarımızın xeyrinə deyil, həmçinin bölgədə və ondan kənarda təhlükəsizlik, sabitlik və əməkdaşlığa ciddi şəkildə töhfə verəcək bu münasibətlərin daha da dərinləşdirilməsi məqsədinə sadiqdir.
Qeyd olunanlar müstəvisində, biz Qazaxıstanda vəziyyətin tezliklə normallaşdırılması və qazax xalqının və bütün regionun rifahı naminə geniş tərkibli islahatların davam etdirilməsi yolu ilə ölkədə siyasi, sosial və iqtisadi inkişafa qayıtmaq səylərini dəstəkləyirik".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi