Bakıda 162 saylı məktəbin şagirdi sinif yoldaşını bıçaqlayıb

img

10-01-2022 [23:22]


Bakının 162 nömrəli tam orta məktəbinin 11 a sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) yanvarın 10-da günorta saatlarında məktəbdən kənar ərazidə bıçaqlanıb.

Orta məktəbdən Report-a verilən məlumata görə, hadisə dərsdən sonra baş verib.

Şagirdin sinif yoldaşı tərəfindən bıçaqlandığı hüquq-mühafizə orqanları tərəfindən aşkarlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub, onun vəziyyəti ağır-sabitdir.

Sinif yoldaşını bıçaqlamaqda təqsirli bilinən şagird (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR