"Lider TV"nin keçmiş əməkdaşının qətli ilə bağlı yeni açıqlama yayıldı

img

10-01-2022 [16:54]


Bakıda qadını qətlə yetirən şəxsə irəli sürülən maddə ağırlaşdırılıb.

Mia.az Baş Prokurorluğa istinadla xəbər verir ki, yanvarın 4-də Xətai rayonu ərazisində Nahidə Həsənovanın qəsdən öldürülməsi faktı ilə bağlı başlanan cinayət işi üzrə təqsirləndirilən şəxs Orxan Alıyevin əməli Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsindən həmin Məcəllənin 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsinə tövsif edilib.

Hazırda istintaq davam edir.

Xatırladaq ki, Nahidə Həsənova bağlanan "Lider TV"nin əməkdaşı olub. O, həyat yoldaşı tərəfindən amansızlıqla qətlə yetirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR