05-03-2014 [17:17]
Azərbaycan Respublikasının Prezidenti , cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci Xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya
Kəlbəcər rayonundan məcburi köşkün, Qarabağ müharibəsi
veteranı, jurnalist Məmmədli Müslüm Müseyib oğlunun səhətti ilə bağlı
Azərbaycan mediasında çalışan bir qrup jurnalist və Qarabağ döyüşçüsü tərəfindən
MÜRACİƏT
Hörmətli cənab Prezident!
Hörmətli Mehriban xanım!
Yazıb sizə bildiririk ki, həmkarımız, 1973-cü ildə Kəlbəcər rayonunun Bəzirxana kəndində anadan olmuş Məmmədov Müslüm Müseyib oğlu 2011-ci ildən hepatit C virusu və qara ciyərin ağır serrozu xəstəliklərindən əziyyət çəkir. Həkimlər onun müalicəsinin Azərbaycanda mümkün olmadığını bildirirlər.
Müslüm Məmmədov 1991-1994-cü illərdə Kəlbəcər və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib, erməni qəsbkarlarına qarşı digər döyüş yoldaşları kimi sona qədər vuruşub. Kəlbəcərin işğalından sonra döyüş yoldaşları ilə birlikdə öz postlarını tərk etmədiklərindən 10 gün ermənilərin mühasirəsində qalıblar. Sonradan çox çətinliklə mühasirəni yararaq xilas ola biliblər. O Qarabağ müharibəsi veteranıdır. Kəlbəcər işğal olunduqdan sonra məcburi köckün kimi Bakı şəhərində sahəsi 20 kv/m olan kohnə həyət evində ailəsi ilə müvəqqəti məskunlaşıb.
Müslüm Məmmədov BDU-nun Sosial elmlər fakültəsinin fəlsəfə pilləsini fərqlənmə diplomu ilə başa vurub. "Vətəndaş həmrəyliyi”, "Xalq cəbhəsi”, "Üç nöqtə”, "Yeni zaman”, "Vəhdət”, "Neytral”, "Azərbaycan naminə”, "Himayədar” və digər müxtəlif mətbuat orqanlarında jurnalit kimi fəaliyyət göstərib. 2011-ci ildə dişindən müalicə olunan zaman həkimlərin səhlənkarlığı nəticəsində hepatit C virusuna yoluxub. Bir müddət Bakıda müalicə olunduqdan sonra 2011-2012-ci illərdə İran İslam Respublikasinda da müalicə olunub. Ancaq vəziyyəti getdikcə ağırlaşıb. Həkimlərin rəyinə görə, onda qara ciyər serrozu bas vermisdir. Bunun müalicənin isə ancaq Türkiyədə və ya Almaniyada mümkün olduğunu bildirirlər.
Hörmətli cənab Prezident!
Hörmətli Mehriban xanım!
Sizin bütün Azərbaycan vətəndaşlarına, xüsusilə də yaradıcı insanlara, müharibə iştirakçılarına və məcburi köçkünlərə olan diqqət və qayğınız xalqımız tərəfindən daim minnətdarlıqla qeyd edilir. Xahiş edirik ki, jurnalist həmkarımız, müharibə veteranı Müslüm Məmmədova da dəstək olasınız. Onun tezliklə sağalıb ailəsinə dönməsinə şərait yaradasınız.
Müslüm ailəlidir, iki azyaşlı uşaq atasıdır. Həyat yoldaşı işləmir. Qoca anası ilə birlikdə yaşayır.
Müracitəti imzaladılar:
İlham Məmmədli – tədqiqatçı jurnalist, AMEA-nın əməkdaşı
Qabil Abbasoğlu -"Lent.az" saytının baş direktoru.
İlqar Rəsul-APA TV-nin baş direktorunun müşaviri
Azər Qaraçənli – "Mediaforum” saytının baş redaktoru
Hikmət Sabiroğli - "Mediaforum” saytının əməkdaşı
Əlisəfa Mehdiyev – hərbi jurnalist, Qarabağ müharibəsi veteranı
Nazilə Alməmmədova - İnteraz TV
Tamxil Ziyəddinoğlu – "Bütöv Azərbaycan” qəzetinin baş redaktoru
Şahin Əliyev – "Üç nöqtə” qəzetinin baş redaktor müavini
Əlirza Xələfli – "Kredo” qəzetinin baş redaktoru
Məlahət Nəcəfova-APA TV
Almaz Mahmud- tədqiqatçı jurnalist
Sabir Hüseynov – "Kənd həyatı” qəzetinin baş redaktoru
Vaqif Bünyadoğlu – "Xalq qəzeti”nin əməkdaşı
Elşad Eyvazlı – "Modern.az” saytının baş redaktoru
Sahib Əliyev – Əməkdar jurnalist
Zöhrə Fərəcova – "Xatirə kitabı”nın şöbə müdiri
Vüqar Əsgərov –jurnalist, Qarabağ müharibəsi iştirakçısı
Ələsgər Cabbarlı – veteran jurnalist
Cavanşir Osmanlı – Qarabağ müharibəsi veteranı
Seyidağa Mövsümlü – Qarabağ müharibəsi veteranı
Firudin Əhmədov - Qarabağ müharibəsi veteranı
Emil Quliyev - Frans-Press agentliyinin Azərbaycan üzrə müxbiri
İlkin Nadirov – İnteraz Tv jurnalist, Prezident təqaüdçüsü
Ayaz Süleyman - "Araz” radiosu, xəbər aparıcısı
Rüfət Nadirli – İnterAz Tv- jurnalist
Jalə Məmmədli-APA TV- repartyor
İmdad Əlizadə- Mediaforum” saytı, jurnalist
Günel Əbilova- "Qafqazinfo” saytının redaktoru
Nərgiz Cavadzadə-"Qafqazinfo”, müxbir
Ələmdar Cabbarl- "Bizim söz”qəzetinin baş redaktoru
Pünhan Əfəndiyev – "Üç nöqtə” qəzetinin əməkdaşı
Arif Məmmədli – "Təbib” qəzetinin əməkdaşı
Adil Cəmil – "Ədəbiyyat” qəzetinin şöbə müdiri.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi