Bakıda qonşu qadınlar dalaşdı; hər ikisi xəstəxanalıq oldu

img

05-03-2014 [12:29]


Ötən gün Bakının Binəqədi rayonu ərasində qonşular arasında dava düşüb. Binəqədi rayon Polis İdarəsi 5-ci polis bölməsindən ANS PRESS-ə verilən əmlumata görə, hadisə saat 11 radələrində 8-ci mikrorayon Məmmədov küçəsində yaşayan sakinlər arasında baş verib.

Maraqlı orasındadır ki, dava salanlar qonşu qadınlardı. Həm də, ən maraqlısı, dalaşan qadınların arasındakı yaş fərqidir. Belə ki, dalaşanlar 56 yaşlı Nailə Əhmədova və 70 yaşlı Məlahət Əliyevadı. Onlar qapıqonşudurlar. Lakin qonşular həmişə bir-birilərilə yola getməyiblər. Onların arasında daim mübahisə olub. Sonuncu dəfə isə yaşlı qadın ondan yaşca kiçik qonşusuna yol vermədiyi üçün mübahisə düşüb.

Dava nəticəsində hər iki qadın xəstəxanalıq olub. 70 yaşlı qadının isə vəziyyəti nisbətən ağırdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA