Ağdamın icra başçısı ilə təhsil şöbəsi müdirəsinin korrupsiya şəbəkəsi - Tender fırıldaqları

img

05-03-2014 [09:45]


Ağdamın icra başçısı Nizami Sadıqov büdcədən ayrılan vəsaitlərin mənimsənilməsinin yeni «metod»unu tapıb. O, ayrı-ayrı adamların adına qeydiyyatdan keçirdiyi kiçik müəssisələr vasitəsiylə korrupsiya şəbəkəsini saat kimi işlədir.

Mia.az "Reytinq" qəzetinə istinadən xəbər verir ki, bu sözləri rayon təhsilində çalışan şəxs deyib. Onun sözlərinə görə, Nizami Sadıqov asan təhlükəsiz qazanc əldə etmək məqsədiylə «ilanı seyid Əhmədin əli ilə tutmaq» prinsipi ilə işləyir. O, rayon təhsil şöbəsinin müdirəsi Elmira Şükürova ilə ayrı-ayrı adamların adına sənədləşdirilən Məhdud Məsuliyyətli Müəssisələr (MMC) vasitəsiylə saxta tenderlər keçirir: «Təbii ki, belə tender məsələlərində başçının adı heç bir sənəddə hallanmır. Əvəzində isə həmin mal inventarlar, təmir-tikinti adı ilə həmin MMC-lərin hesabına köçürülən vəsaitlər nəğdləşdirilərək mənimsənilir. Maraqlı burasıdır ki, əksər hallarda köçürülən vəsaitin qarşılığında heç 10 faizlik görülmür ya mal-materiallar alınmır. Sadəcə forma-2-lər saxtalaşdırılır».

 Müsahibimiz deyir ki, Nizami Sadıqov bu prosesi Elmira Şükürovanın liderliyi altında tənzimləyir: «Uzun illərdir rayon təhsil şöbəsinə rəhbərlik edən Elmira Şükürova bu sahədəki korrupsiya mexanizmini ən dərin incəliklərinə qədər bilir. Nizami Sadıqovla Elmira Şükürovanın ortaq korrupsiya piramidasının pərdəarxası sirlərini açmaq elə çətin deyil. Bunun üçün onların "Mebel-Servis" MMC-nin hesabına köçürdükləri 21.400 manatın izi ilə araşdırma aparın. Görəcəksiniz ki, Tlmira Şükürova ilə icra başçısı büdcə pullarından təkcə bu məbləği deyil, elə Təhsil Şöbəsinin «Digər xidmətlərin satın alınması» adı altında da mənimsədikləri 20.400 manatın taleyi də necə həll olunub. Bu sahədə hazırda elə vəziyyət yaranıb ki, şöbə müdirəsi ilə icra başçısı «otu itin, əti isə isə atın qarşısına» qoymalarından da usanmayıblar. Belə ki, ən gülməli məqamlardan biri isə Elmira Şükürovanın Dəftərxana ləvazimatları və təsərrüfat mallarının satın alınması işini "Bərdə Tikiş kommersiya" MMC-yə həvalə etməsidir. Bu zaman isə 39900 manat taleyi də müəmma olaraq qalır. Bu barədə «Demokratiya.info xəbər portalı da bu yaxınlarda yazmışdı. Gülməlidir, tikiş müəssisəsi hara, dəftər ləvazimatların alınması hara?».

 Məlumatlı şəxs Demokratiya.info-ya istinadən deyir ki, Nizami Sadıqovla Elmira Şükürovanın əməlləri bunlarla da yekunlaşmır: «Təhsil şöbəsinin müdirəsi Nizami Sadıqovun xeyir-duası ilə 27360 manatlıq avadanlıqların alınmasını da «Bərdə Tikiş Kommersiya" MMC-yə tapşırıb. Bu azmış kimi, yumşaq inventarların satın alınması işlərini də trikotajçılara həvalə edib ki, bu zaman da 9600 manatı aralarında bölüşdürdüklərinə dair iddialar var. Əcəba, Elmira Şükürova mebeli dərziyə, avadanlıqların alınmasını isə mebelçilərə həvalə etməklə nə etmək istəyib? Buradan aydın şəkildə görünür ki, Ağdam təhsilinin rəhbəri açıq şəkildə korrupsiya ilə məşğul olub».

 Elmira Şükürovanın yeyinti işləri bununla da yekunlaşmayıb. Ağdam Təhsil Şöbəsinin müdirəsi ilə icra başçısının tender ounu altında digər maliyyə fırıladaqlarına diqqət edin:

 - Kommunal və kommunikasiya xidmətlərinin satın alınması "Tikinti-2011" MMC-yə tapşırılıb və 22200 manat «xərclənib»;

 - Bərk inventarların satın alınması "Mebel-Servis" MMC-yə həvalə edilib və bu zaman 70190 manatın xərcləndiyi «sənədləşdirilib»;

 -  Məktəblərin əsaslı təmir işlərinin satın alınması prosesini isə "İnşaatçı EE" MMC       reallaşdırıb və bu zaman 85870 mantlıq işin görüldüyü qeyd olunur;

 - İdarənin digər xərcləri maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması isə «Bərdə Tikiş Kommersiya" MMC tərəfindən həyata keçirilib. 21600 manatlıq nəyin alındığını isə kimsə bilmir.

 - Soba (odun) yanacağının satın alınması məsələsi «Bərdə Karolin KTF" MMC-yə tapşırılıb və bu zaman 45600 manatlıq yanacaq alındığı deyilir. Amma məktəblərin qışda hansı vəziyyətdə soyuq olduğunu bilmək üçün orada olmaq lazımdır.

 - Digər maşın və avadanlıqların satın alınması da «Bərdə Karolin KFT" MMC-yə tapşırılıb ki, bu zaman 19000 manatlıq «iş» görüldüyü deyilir;

 - Tenderlərin ən «yaralı» yeri olan «Sair xərclər maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması» da elə Bərdədəki "Karolin KFT" MMC-yə həvalə edilib. Rəsmi sənədlərə görə, bunun üçün 40660 manat pul ayrılıb.

 Büdcədən ayrılmış bu qədər pulun Elmira Şükürova ilə Nizami Sadıqvun birgə mənimsədikləri hər iki şəxsin vəzifə statuslarına uyğun aralarında bölündüyü haqda da iddialar var.

 Bu ya digər məsələlərlə bağlı növbəti sayımızda araşdırmalarımız davam edəcək.

 Tərəflərin mövqeyini dərc etməyə hazırıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA