«Suraxanı Oil»in əməkdaşı döyülərək, işdən qovuldu

img

05-03-2014 [09:34]


 «Suraxanı Oil» sürücü işləyən Bül-Bülə qəsəbəsi, 1-ci zavod döngəsi, ev 2, mənzil 13- yaşayan Rauf Çingiz oğlu Səfərəliyev ölkə rəhbərliyinə şikayət məktubu göndərib.

Mia.az xəbər verir ki, Prezident İlham Əliyevə, ARDNŞ prezidenti Rövnəq Abdullayevə, baş prokuror Zakir Qaralova üz tutan Rauf Səfərəliyev yazır ki, şirkətin 2 saylı avtodəstəsinin «KAMAZ» markalı yük maşınının sürücüsü olub: «1982-ci ilin buraxılışı olan maşını yararlı vəziyyətə gətirmək üçün bankdan üç min manat kredit götürüb, işlədirdim. Çünki başqa yolum yox idi. Əks halda işimi itirməli bununla da aylıq 550 manat maaşdan məhrum olacaqdım. Lakin ötən ilin noyabr ayının 19-da qarajın müdiri Rövşən Mikayılov məni xidməti otağına çağıraraq, ərizəmi yazıb, işdən çıxmağımı istədi. Səbəbini soruşdum. O isə cavab əvəzinə, səbəbsiz məni ağır söyüşlərlə təhqir etməyə başladı. Məcbur qalıb, ona cavab qaytardım. Bu an o, başımın sol nahiyəsinə yumruqla ağır zərbə endirdi. Vəziyyətim pisləşdi. Qorxuya düşən Rövşən Mikayılov dərhal məni ələ almağa çalışdı dedi ki, kişilər arasında söz-söhbət olar. Guya hər şey arxada qaldı. Daha mənə kimsə toxuna ya işdən çıxara bilməz. Belə bir durumda o, mənə iki ayrı-ayrı kağıza imza atdırdı. Rusdilli olduğumdan heç o kağızlarda yazıldığını oxuya da bilmədim. Bir sözlə, onun məzlum görkəminə inanıb, səhvsiz insan ola bilməz düşüncəsi ilə aldadıldım».

 Şikayətçi deyir ki, Rövşən Mikayılov fiziki mənəvi zərbələr vurduqdan sonra onu inandırıb ki, evə get, bir az dincəl, sonra işə çıxarsan: « Dedi həftənin birinci günü işə çıx. Dekabrın 1- isə məzuniyyətə çıxarsan, problemləri yoluna qoyacağam. Onun yanından çıxandan sonra güclü başağrısından əziyyət çəkdiyim üçün Sabunçu xəstəxanasına getdim. Dərmanlar yazdılar. Lakin ağrılar kəsmədiyindən noyabrın 25- büllüten götürüb, müalicə olunmaq istədim. Amma qaraja gəlib bu barədə rəhbərliyə məlumat vermək istəyərkən, aldadıldığımın fərqinə vardım. Mənə dedilər ki, «öz ərizənlə işdən azad olunmusan». Dəhşətə gəldim. Dərhal Rövşənin yanına getdim. O məni hədələyərək dedi ki, get, hara istəyirsən, şikayət elə. Görüm sənə prezident İlham Əliyev necə kömək edəcək».

 Şikayətçi yazır ki, çoxsaylı şikayətlərdən sonra olay 31-ci Polis Bölməsi tərəfindən araşdırılıb: «Polisə çağırılan Rövşən orada təhqiqatçı Rasim müəllimin yanında aramızda baş verən münaqişədən təəssüfləndiyini bildirib, məni işə bərpa edəcəyinə söz verdi. Mən bu səbəbdən onun barışıq təklifinə inandım. Bundan sonra xəstəliyimlə bağlı sənədləri akt əsasında mühasib Şahin Şərifova verdim. Dedilər dekabrın 13-dən işə bərpa olunuram. Həqiqətən həmin günü şirkətin Azərbaycan nümayəndəliyinin icraçı direktoru Arzu Sarıbalayev işdən azad olunma əmrimi ləğv etdi. Ancaq axşamüstü evimin yanında qarşımı iki idmançı kəsərək məni hədələdilər. Dedilər «ağıllı ol, yoxsa pis olacaq». Bununla bağlı təhqiqatçı Rasim müəllimə məlumat verdim. O da dedi ki, kimsə mənə heç edə bilməz. Beləliklə, dekabrın 18- qaraja getdim. Rövşən Mikayılov bildirdi ki, artıq işə bərpa olunmuşam. Sabahdan işə çıx. Ancaq 19-da səhər işə gələndə məni içəriyə buraxmadılar, dedilər ki, işdən azad olunmusan».

 Sonda şikayətçi ölkə başçısından üzləşdiyi hadisələrin obyektiv araşdırılmasını vurulan maddi mənəvi zərərlərin ödənilməsinə yardım göstərilməsini xahiş edib(mia.az).

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA