«Əlil övladımın ac qalmasındansa, ölmək şərəflidir» - 500 manatlıq rüşvət

img

05-03-2014 [09:32]


Mia.az-a Ağcabədi rayonu, Aşağı Mehrablı kənd sakini Nurayə Əkbər qızı Əhmədova tərəfindən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova və milli təhlükəsizlik naziri Eldar Mahmudova ünvanlanmış şikayət məktubunun surəti daxil olub.

 Mia.az xəbər verir ki, əlil anası olduğunu bildirən Nurayə Əhmədova bildirir ki, 40 ailədən ibarət olan kəndlərində ailələrinin yeganə dolanışıq mənbəyi olan 12 ev.metrlik dükanı sənədləşdirilməsi üçün ondan rüşvət istəyirlər: «Bu dükanı kredit və borcla zülmlə tikdirdik. Sonradan sənədləşdirmək üçün bizdən 500 manat rüşvət istədilər. Bu rüşvəti verə bilmədiyimizdən ailəmizin başçısını hədə yolu ilə qorxudub, akt yazıblar. Baxın, Bakı şəhərində belə minlərlə qanunsuz tikli var, hörmətli prezidentimiz onların sənədləşdirilməsi üçün göstəriş verib. Amma bizim rayonda, daha dəqiqi, kənddə həyat yoldaşımı hədələyirlər ki, dükanı sökməsək, həyat yoldaşım həbs olunacaq».

 Əlil anası bəyan edir ki, əgər belə bir hadisə olarsa, özünü Prezident Administrasiyasının qarşısında odlayacaq: «Həyat yoldaşım həbs olunarsa və ya dükanımız 500 manat rüşvətə görə sökülərsə, özüm elə o adminstrasiyanın qarsında od vuracaağam. Əlil oğlumun ac qalmasını görməkdənsə, ölmək daha şərəflidir».

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA