Qazaxıstanda gərginlik artır: dövlət başçısının köhnə iqamətgahı yandırıldı - Eirazçılarla toqquşmalar davam edir (YENİLƏNİR)
05-01-2022 [14:46]
Qazaxıstanın Almatı şəhərinin mərkəzində etirazçılarla polis arasında toqquşmalar davam edir.
“RİA Novosti” xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarına qarşı xüsusi vasitələr tətbiq edir.
Bundan başqa, mitinq iştirakçılarının bir neçə asayiş keşikçisini döydüyü bildirilib.
***
Qazaxıstan Daxili İşlər Nazirliyi Mangistau vilayətindəki etiraz aksiyalarını yatırmaq üçün hərbi qüvvə yeridilmədiyini açıqlayıb.
Zakon.kz” xəbər verir ki, nazirlik bir müddət əvvəl sosial şəbəkədə Mangistau vilayətinə hərbçilərin yola düşdüyünə dair yayılan məlumatları təkzib edib.
Daxili İşlər Nazirliyi məsələ ilə bağlı açıqlamasında informasiyaların reallığı əks etdirmədiyini bildirib. Nazirlik xatırladıb ki, yalan məlumatı yayanlar məsuliyyət daşıyacaqlar.
Bildirilib ki, Almatı şəhərindəki iğtişaşlar nəticəsində 33 xüsusi təyinatlı avtomobil dağıdılıb və yandırılıb. Məlumata görə, onlardan 16-sı polis, 7-si təcili tibbi yardım, 2-si yanğınsöndürən, 7-si yük maşını və 1-i yanacaqdaşıyan avtomobildir. Vurğulanıb ki, iğtişaş zamanı 300-ə yaxın müəssisə, o cümlədən 120 dükan, 100-dən artıq ofis və 80 ictimai iaşə obyekti dağıdılıb.
Qeyd edək ki, Qazaxıstanda etiraz aksiyaları yanvarın 2-də Janaozen və Aktau şəhərlərində başlayıb. Şəhər sakinləri maye qazın ikiqat bahalaşmasına etiraz olaraq küçələrə çıxıblar.
Prezident Kasım-Jomart Tokayev vəziyyəti öyrənmək üçün komissiya yaradılmasına göstəriş verib və yanvarın 4-də etirazçıların əsas tələbini yerinə yetirməyə, qazın qiymətini aşağı salmağa hazır olduğunu bildirib.
Bununla belə, dinc etirazlar digər şəhərlərə də yayılıb. Almatıda yanvarın 4-ü axşam saatlarında etirazçılarla qaz və səs qumbaralarından istifadə edən polis arasında toqquşma olub. Dövlət başçısı insanları ehtiyatlı olmağa, daxildən və xaricdən gələn təxribatlara uymamağa çağırıb. Prezident hakimiyyətin süquta uğramayacağını vurğulayıb.
Daha sonra dövlət başçısı Almatı və Mangistau vilayətlərində fövqəladə vəziyyət elan edib. Yanvarın 19-dək davam edəcək fövqəladə vəziyyət özündə saat 23:00-dan 07:00-dək komendant saatı, hərəkət azadlığının məhdudlaşdırılması və s. ehtiva edir.
Yanvarın 5-də Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib. Bundan əlavə, Mangistau vilayətinin Janaozen rayonundakı Qaz Emalı Zavodunun direktoru Narkbergen Tulepov saxlanılıb. O, qazın qiymətini əsassız olaraq bahalaşdırmaqda ittiham olunur/Report.
***
Qazaxıstan Dəmir Yolları şirkəti ölkənin üç rayonunda fövqəladə vəziyyət elan olunmasına görə bir sıra qatar reyslərini təxirə salıb.
Məlumata görə, Almatı ilə yanaşı, Makat və Lem vilayətlərində də dəmir yolu nəqliyyatının hərəkəti dayandırılıb.
Bildirilib ki, hazırda qatarlar müvəqqəti olaraq qovşaq stansiyalarında yerləşdirilib. Sərnişinlər yemək və su ilə təmin olunublar.
Məlumata görə, 46 yük qatarının da hərəkəti dayandırılıb.
Həmçinin Almatı hava limanının fəaliyyətinin dayandırılması barədə məlumat yayılıb. Amma aeroport rəhbərliyi bunu təkzib edib. Bildirlib ki, hava limanı əvvəlki qrafiklə işini davam etdirir.
Bundan başqa, Almatının İcra Hakimiyyətinin, şəhər prokurorluğunun binaları, habelə hakim "Nur Otan" Partiyasının Auezov rayon şöbəsinin qərargahı yandırılıb.
Təsdiqlənməmiş məlumata görə, aksiyanı dağıtmağa çalışan hərbçi isə güllə yarası alıb.
Etiraz aksiyaları davam edir.
***
Son məlumata görə, Qazaxıstanın paytaxtı Nur-Sultanda fövqəladə vəziyyət elan edilib.
Məlumata görə, fövqəladə vəziyyət yanvarın 5-dən 19-dək davam edəcək.
***
Qazaxıstanın Almatı şəhərində etirazçılar dövlət başçısının köhnə iqamətgahına daxil olaraq onu yandırıblar.
Bu barədə “Sputnik Kazaxstan” məlumat yayıb.
Daha əvvəl şəhə İcra Hakimiyyətinin, prokurorluğun binaları, habelə hakim "Nur Otan" Partiyasının Auezov rayon şöbəsinin qərargahı yandırılıb.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi