Yardıma ehtiyac var: Üçəmlər acdır, onlara yemək lazımdır

img

04-03-2014 [23:30]


Təcili yardıma ehtiyac var: Xədicə, Zeynəb və Zəhra adlı üçəmlər acdır, onlara yemək lazımdır... 

Kömək etməyə imkan yoxdursa lütfən paylaşın dostlarınız görsün, yardım etsin. Bu ailəyə gedib onlarla tanış olduq: 6 nəfərdən ibarət olan ailə bir otaqda yaşayır. Nəşriyyatda işləyən ata cəmi 250 manat məvacib alır. Təbii ki, bu məbləğ 4 körpəyə baxmaq üçün olduqca azdır. Qeyd edək ki, bu yeni doğulmuş üçəmlərdən başqa ailənin 4 yaşında bir oğul övladı da var. Bir övladları isə, maddi durumları ağır olduğu üçün xəstəlik səbəbi ilə 3 yaşında dünyasını dəyişib. Üçəmlərin dünyaya gəlişi isə onlar üçün sürpriz olub. Əvvəl sevinsələr də, daha sonra maddi çətinliyə görə onlara baxmaq müşkül məsələyə çevrilib. Hətta vəziyyət o dərəcəyə şatıb ki, körpələrə yemək almağa da pul yoxdur. Nəzərə alsaq ki, bir qutu "smesin" qiyməti 10 manatdır və bu da körpələrə cəmi 2 günə çatır, vəziyyəti anlamaq çətin deyil. Üstəlik də, körpələr hər ay böyüdükcə bu təlabat da artır. Yəni, atanın maaşı heç üçəmlərin yeməyinə çatmır. Bu bir aylıq körpələrə yardım etmək istəyənlər xahiş edirik aşağıdakı nömrələrlə əlaqə saxlasın. Bu çox vacibdir. Üçəmlərin anası Şərqiyyə xanım - 055 763 83 96 Babalarının nömrəsi 051 915 44 04 Daha ətraflı oxumaq və bütün şəkillərə baxmaq istəsəniz xəbərə daxil olun.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA