BDU-da şəhid jurnalistlərlə bağlı filmin təqdimatı keçirilib - VİDEO
29-12-2021 [17:18]
Bakı Dövlət Universitetində (BDU) Jurnalistika fakültəsinin təşkilatçılığı ilə “Qələbə Yolunda Jurnalistlər" sənədli filminin təqdimat mərasimi keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, əməkdar jurnalist, professor Qulu Məhərrəmli, fakültənin Televiziya və radio jurnalistikası kafedrasının müdiri Allahverdi Məmmədli, şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı, jurnalist Əsgər İbrahimov, şəhid jurnalist Sirac Abışovun qardaşı Şirzad Abışov, eləcə də universitetin müəllim, professor və tələbə heyəti iştirak edib.
Sənədli film media nümayəndələrinin Qarabağda göstərdikləri şücaət, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun fəaliyyətindən və fədakarlığından bəhs olunur.
Təqdimat barəsində təəssüratlarını bölüşən V.Zifəroğlu, Q.Məhərrəmli, A.Məmmədli və digər qonaqlar belə bir layihəninin həyata keçirilməsinin yeni nəsil yetişən jurnalistlərin həyatında mühüm rol oynayacağına və şəhidlərimizin heç zaman unudulmayacağına işarə olduğunu bildiriblər.
Onlar jurnalistikanın çətin, amma şərəfli peşə olduğunu vurğulayaraq, İkinci Qarabağ müharibəsində media təmsilçilərinin üzərinə düşən vəzifəni şərəflə yerinə yetirdiklərini, sənədli filmin qəhrəmanlarının peşə fəaliyyətini şərəflə yerinə yetirərkən şəhidlik zirvəsinə ucaldıqlarını söyləyiblər. Bildirilib ki, bu film hərbi vətənpərvərlik sahəsində yetişən hər bir jurnalist üçün xüsusi əhəmiyyət daşıyır.
Çıxış edən Əsgər İbrahimov və Şirzad Abışov filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edərək, belə layihələrin davamlı olmasını arzulayıb, bu ekran işinin gənclərin vətənpərvərlik ruhunda böyüməsi üçün bir vasitə olacağını ifadə ediblər.
Tədbirdə AzTV-nin əməkdaşları Vüsal Qaraca və Samir Oruc şəhid jurnalistlərlə bağlı xatirələrini bölüşüb və sənədli filmin ərsəyə gəlməsində zəhməti olan şəxslərə təşəkkürlərini bildiriblər.
Daha sonra filmi ərsəyə gətirən fənn müəllimi Günel İlqar və ikinci kurs tələbələri dəvəti qəbul edib təqdimat mərasiminə gəldikləri üçün iştirakçılara minnətdarlıq ediblər.
Sonra iştirakçılar “Qələbə Yolunda Jurnalistlər" sənədli filminə baxıblar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi