Nazirlər Kabineti “Sovetski”yə görə toplanır

img

04-03-2014 [13:41]


Bakının "Sovetski” məhəlləsindəki söküntü ilə bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında qaldırılıb. Mia.az-ın APA-ya istinadən verdiyi məlumata görə, iclasda çıxış edən deputat İqbal Ağazadə bildirib ki, sakinlərə verilən kompensasiya onların yeni mənzillə təmin olunmalarına imkan vermir. Deputat qeyd edib ki, kompensasiyaların miqdarına yenidən baxılmalıdır: "Heç olmasa evlərinin kvadratmetri az olanlara ev verilsin. Bu insanları dədə-baba evlərindən çıxararaq az miqdarda pul verməklə narazı kütlə yaratmağın nə anlamı var? Mən təklif edirəm ki, bu məsələ ilə bağlı parlament olaraq Nazirlər Kabinetinə müraciət edək, buna yenidən baxılsın”. Deputata cavab verən spiker Oqtay Əsədov bildirib ki, bir-iki günə Nazirlər Kabinetinin bununla bağlı xüsusi iclası olacaq və parlamentə nəticəsi bildiriləcək: "Heç kim oradan məcburi köçürülməyəcək. Biz Nazirlər Kabinetinin həmən iclasının nəticəsini gözləyirik. Lazım gələrsə, əlbəttə ki, parlament olaraq biz də bu barədə sözümüzü deyəcəyik”. - See more at: http://axar.az/news/10612#sthash.C5Vijf9s.dpuf

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA