Sumqayıtda növbəti həkim qəddarlığı

img

04-03-2014 [13:33]


Sumqayıt şəhər sakini tərəfindən redaksiyamıza şikayət daxil olub.

Şikayətdə bildirilir ki, Sumqayıt şəhər sakini Orucov Muradın körpə balası sahə həkiminin göstərişi ilə Sumqayıt şəhər Uşaq Xəstəxanasına təyinat alıb. Valideynlər tərəfindən xəstəxanaya gətirilən körpə, reanimasiya şöbəsinə qəbul edilib. Qəbuldan üç gün sonra səthi tədbir görülərək palataya keçirilib. Palataya yerləşdirildikdən sonra, ondan sistemin köçürülməsi üçün pul (Rüşvət) istənilib. Korrupsiya halı ilə rastlaşan vətəndaş Orucov, dərhal Səhiyyə Nazirliyinin qaynar xəttinə müraciət edib, lakin onun müraciəti elə müraciət olaraq da qalıb. Daha sonra şikayətçi, həkimlərə onların bu neqativ addımlarını mediaya bildirəcəyini deyib. Ondan sonra, Murad bəyə xəstəxanadan bildiriblər ki, sizin uşaq sətəlcəmdir və dava-dərmana ehtiyacı var. Valideyn şikayətdə onu da bildirib ki, onun bu dava-dərmanı almağa imkanı yoxdur.

Qeyd edək ki, körpə hələ də köməksiz halda palatada çapalayır.

XeberLent.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA