Deputat Jalə Əliyevanın özəl səhər yeməyi-RESEPT

img

04-03-2014 [12:06]


"Məhşurların mətbəxindən” rublikasının növbəti qonağı millət vəkili Jalə Əliyevadır. Deputat bizə özünəməxsus səhər yeməyi resepti təqdim etdi: "Bazar günləri səhər yeməyi masamız bir az geniş olur. Masada olan ərqazlardan belə bir səhər yeməyi hazırladım. Anam çox bəyəndi. Onun istəyi ilə son günlər səhərlər bu yeməyi hazırlayıram. O qədər xoşlayır ki, hətta deyir, bu, yeməyə ad da qoyaq”.

2 nəfərlik səhər yeməyi üçün lazım olan ərzaqlar:

2 dilim "Holand” pendiri, 2 dilim "Servalat” kolbasası, 2 balaca pomidor, 2 yumurta, azca duz, 50 qram yağ.

Yeməyin hazırlanma qaydası:

Pendir və kolbasa nazik, uzunsoz formada doğranılır. Pomidorun iç hissəsi də xırda doğranılaraq ora əlavə edilir. Əvvəlcə yağ tavada əridilir. Sonra doğranmış ərzaqlar yağın üzərinə tökülür və vam odda bişirilir. Pendirin istənilən səviyyədə əriməsi və yumurtanın tam qızarmaması üçün yeməyin vam odda bişirilməsi vacibdir.

ailem.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA