YAP Xətai rayon təşkilatı ərazi partiya təşkilatlarının hesabat-seçki yığıncaqları davam edir - FOTO
27-12-2021 [17:19]
Dekabrın 27-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı Lütfüzadə küçəsi 38 ünvanında yerləşən ərazi partiya təşkilatında və Rabitəçi ərazi partiya təşkilatında hesabat-seçki yığıncağını keçirib.
Mia.az-a verilən məlumata görə, hesabat məruzələri dinlənilib, çıxışlar əsasında ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri dəyərləndirilib.
Yığıncaqlarda çıxış edən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində olduğumuzu önə çəkərək təkcə 2021-ci ildə Azərbaycanın iqtisadi, siyasi, diplomatik sahələrdə qazandığı uğurlardan bəhs edərək bildirib ki, ölkəmiz işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini, həmçinin 2019-cu ildən dünyanı cənginə almış koronavirus infeksiyası ilə mübarizə tədbirlərini həyata keçirsə də sosial-iqtisadi göstəriciləri ilə yenə də beynəlxalq maliyyə qurumlarının hesabatlarında birinciliyini qoruyub. Azərbaycan dünyanın ən islahatçı ölkəsi kimi mövqeyini möhkəmləndirir: «Tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərzailərimizdə bərpa və quruculuq işlərinə start verildi. Diqqəti cəlb edən əsas məqam odur ki, bütün şəhər və kəndlərin bərpası, yeni layihələrin icrası Azərbaycanın öz maliyyə imkanları hesabınadır. Prezident İlham Əliyev bütün şəhərlərimizin Baş Planının hazırlanması tapşırığını verdi. Müasir texnologiyaların geniş tətbiq olunduğu hazırkı dövrdə dövlət başçısı İlham Əliyevin «ağıllı şəhər» və «ağıllı kənd» strategiyası əsasında bərpa və quruculuq işləri həyata keçirilir. Müasir tələblərə uyğun yollar çəkilir. 8 aya Füzuli Beynəlxalq Hava Limanının açılışı, həmçinin mənəvi tərəfi daha çox təhlil edilən Zəfər yolunun istifadəyə verilməsi ölkəmizin iqtisadi imkanlarının təqdimatında əhəmiyyətli rol oynadı.»
V.Rəhimzadə qeyd edib ki, bu bir ildə Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi, dipomatik uğurlarımızın davamlılığı tarixi
Zəfərimizin yaratdığı reallıqların regionda və dünyada dəstəklənməsinin göstəricisidir.
YAP Xətai rayon təşkilatının sədri partiyanın VII qurultayının da bu ilə təsadüf etdiyini vurğulayaraq qeyd edib ki, İkinci Qarabağ müharibəsi digər sahələrlə yanaşı, siyasi sistemin təkmilləşdirilməsi istiqamətində qazanılan uğurların da təqdimatı oldu: «Belə ki, 50 siyasi partiya dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərini onun ətrafında sıx birləşmələri ilə təsdiqlədilər. Bu mühüm addımın davamı olaraq Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 partiya öz müraciəti əsasında YAP-a qoşuldu. Bu, bir tərəfdən ölkəmizdə siyasi sistemin təkmilləşməsindən xəbər verirdisə, digər tərəfdən Yeni Azərbaycan Partiyasına inamı, etimadı nümayiş etdirir. Milyonların partiyası olan YAP xalqın arzu və istəklərini ifadə edir. Heydər Əliyev ideyalarının fəal təbliğatçıları olan YAP üzvlərinin hər biri qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi üçün bütün səylərini birləşdirirlər.»
Sonra hesabat-seçki yığıncağında təşkilati məsələlərə baxılıb. Məhbubə Hüseynova Lütfüzadə küçəsi 38 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, İlahə İmanova sədr müavini, Əbdül Hüseynov Rabitəçi ərazi partiya təşkilatının sədri, Nazim Əliyev isə sədr müavini seçiliblər.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkiblərə fəaliyyətlərində uğurlar arzulayıb
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi