Hacı Mirəziz insult keçirib

img

04-03-2014 [11:42]


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü, fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə ötən gün insult keçirib.

Bu barədə SalamNews-a Bakı İslam Universutetinin tələbələri məlumat verib. Hazırda Hacı Mirəziz Seyidzadə Kliniki Tibbi Mərkəzdə həkimlərin nəzarəti altındadır.

Xatırladaq ki, M.Seyidzadə uzun müddətdir böyrəyində olan xəstəlikdən əziyyət çəkir. Ötən ayın ortalarında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında müalicəyə başlayıb. O, bundan əvvəl də xəstəxanaya düşüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA