Səlim Müslümovun işçilərinə cinayət işi açıldı

img

04-03-2014 [11:21]


Ağdam rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə əlaqədar qanunsuzluqlara yol verilməsi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılmışdır.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Ağdam rayon ƏSMM-nin vəzifəli şəxslərinin 86 rayon sakininə qanunvericilikdə nəzərdə tutulan zəruri sənədlər olmadan 1 il ərzində ünvanlı dövlət sosial yardımı təyin edərək 149.0 min manat məbləğində dövlət vəsaitini israf etmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA