“Sovetski” sakinləri yenidən aksiyaya başladılar: Həbs edilənlər var-FOTO-CANLI YAYIM

img

03-03-2014 [16:30]


Musavat.com-un əməkdaşının verdiyi son məlumata görə, hazırda 173 saylı məktəbin qarşısına çoxlu sayda "Sovetski" sakini toplaşıb.

Həmin əraziyə 100 nəfərə yaxın polis əməkdaşı cəlb olunub. Nəriman Nərimanovun heykəli istiqamətindən 173 saylı məktəbə doğru gedən yol bağlanıb.

Polisin aksiyanın qarşısını almağa çalışdığı bildirilir.

Əməkdaşımızın verdiyi son məlumata görə, aksiyada fəallıq göstərən 4-5 nəfər "Sovetski" sakini polis tərəfindən saxlanılıb.

Musavat.com


* * * * *
16:32

Bakıda "Sovetski” adlanan məhəllənin sakinləri yenidən etiraz aksiyası keçirmək üçün 173 saylı məktəbin qarşısına toplaşıblar.

SalamNews-un hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, onlar evlərinin sökülməsinə və bunun qarşılığında onlara hər kvadratmetrə görə 1500 manat verilməsinə etiraz edirlər.

Aksiya iştirakçıları bildiriblər ki, bizim evlərmizi söküb və 1500 manat pul təklif edirlər: "Biz 1500 manatla heç bir yerdə ev ala bilmərik, evlərin qiyməti günü-gündən bahalaşır".

Hazırda 150-yə yaxın aksiya iştirakçısı 173 saylı məktəbin qarşısına toplaşıb. Hadisə yerinə çoxlu sayda post patrul maşınları gəlib.

Xatırladaq ki, "Keçmiş "Sovetski”, indiki Nərimanov prospekti ətrafında, keçmiş "Kubinka” və "Papanin” küçələrində olan köhnə yaşayış evlərinin sökülməsi ilə bağlı planlar təsdiqlənib.

"Sovetski" sakinləri fevralın 16-da da anoloji aksiya keçirmişdilər.











Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA