AZƏRBAYCAN VƏ İRAN XİN BAŞÇILARINDAN BİRGƏ MESAJLAR: "Hərbi və siyasi sahədə əməkdaşlıq davam etdiriləcək” - "Onların bizim regionda hər hansı yeri ola bilməz"
22-12-2021 [21:14]
“İran ilə Azərbaycan arasındakı münasibətlərin əsasını dərin tarixi köklər təşkil edir".
Mia.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla birgə keçirdiyi mətbuat konfransında deyib: “Son aylar ərzində biz beynəlxalq tədbirlərdə 3 dəfə görüşmüşük. Bu görüşlərin əsas məğzi ölkələrimiz arasındakı münasibətlərin irəli aparılmasından ibarətdir"..
C.Bayramov bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkələr arasında bir sıra sənədlər imzalanıb: "2021-ci ilin 10 ayı ərzində qarşılıqlı ticarət dövriyyəsində 23,6 faiz artım olub”.
Ceyhun Bayramovun sözlərinə görə, artıq son bir neçə ay ərzində müsbət məqam ondan ibarətdir ki, İranla bir sıra yeni layihələrlə bağlı razılıq əldə edilib: “Yeni layihələrin icrası ilə bağlı yol xəritəsi hazırlanır. Hesab edirəm ki, yaxın vaxtlarda təsdiq ediləcək”.
Mia.az-ın məlumatına görə, nazir vurğulayıb ki, Azərbaycan və Türkiyə liderlərinin təşəbbüsü ilə yaradılan 3+3 platformasını ilk dəstəkləyən ölkələrdən biri də İran olub: “Artıq 10 dekabr tarixində xarici işlər nazirlərinin müavinləri çərçivəsində ilk görüş keçirilib. Bu region üçün olduqca əhəmiyyətli bir platformadır”.
Nazirin sözlərinə görə, Zəngəzur dəhlizinin işə salınması nəinki Azərbaycan və Ermənistan, o cümlədən digər region ölkələri üçün də yeni imkanlar yaradır: “Hesab edirik ki, İran bu layihədən töhfə alan ölkələrdən biri olacaq. İranın dövlət və özəl şirkətləri azad edilmiş ərazilərin bərpası ilə bağlı layihələrdə yaxından iştirakına dair marağını ifadə edib. Onlar tərəfindən müraciətlər daxil olub. Hazırda həmin təkliflərin dəyərləndirilməsi həyata keçirilir. Hesab edirəm ki, onlardan birinin yaxın həftələrdə icrasına başlanılması planlaşdırılır”.
Ceyhun Bayramov qeyd edib ki, İran və Azərbaycan arasında əlaqələr sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında qurulub: “Həm Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığı dövrdə, həm də 44 günlük Vətən müharibəsi dövründə İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. İran Vətən müharbəsində də Azərbaycanın tarixi qələbəsini dəstəkləyib və Azərbaycan bunu yüksək qiymətləndirir. Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi regional təhlükəsizliyə təhdid yaradırdısa, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi region üçün yeni inkişaf və iqtisadi artım imkanları yaradıb".
Nazir deyib ki, işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi ilə bağlı İran ilə Azərbaycan arasında danışıqlar aparılır: "Bu gün keçirilən görüşdə də bu məsələ müzakirə olunub: “Razılıq əldə olunub ki, ANAMA İranın müvafiq qurumları ilə ərazilərin minalardan təmizlənməsi ilə bağlı fikir mübadiləsi aparsın”.
İranlı nazir isə deyib ki, İran Azərbaycanı ən yaxşı qonşularından və dostlarından biri hesab edir: “İqtisadi Əməkdaşlıq Təşkilatının iclası çərçivəsində Azərbaycan və İran prezidentlərinin görüşü zamanı liderlər bir-birilərinə dəstəklərini ifadə etdilər”.
Hüseyn Əmir Abdullahian bildirib ki, iqtisadi imkanlarıı daha da inkişaf etdirmək üçün razılıq əldə olunub: “Biz iki ölkə arasındakı münasibətləri daha da gücləndirmək üçün bütün fikirləri, ideyları həyata keçirməyə çalışacağıq. Hərbi və siyasi sahədə də əməkdaşlığlımızı davam etdirəcəyik. Bir sözlə, Azərbaycanla İran arasında önəmli razılıqlar əldə olunub”.
Onun sözlərinə görə, müxtəlif ideyalar irəli sürülüb və əlaqələrin inkişafı sürətlə davam edəcək: "Azərbaycanı öz ərazilərini işğaldan azad etməsi münasibəti ilə təbrik edirəm. İranın yeni hökumətinin prioriteti Azərbaycanla əlaqələri maksimum səviyyədə inkişaf etdirməkdir”.
Nazir qeyd edib ki, yeni hökumət İran, Azərbaycan, Türkiyə və Rusiya arasında dördtərəfli əlaqələrin inkişaf etdirilməsini istəyir: "Bundan başqa, 3+3 formatı çərçivəsində görüşlər təşkil edilir. Region ölkələri öz problemlərini həll edlə bilərlər. Hər hansı regiondan xaric ölkənin müdaxiləsinə ehtiyac yoxdur. Lazım deyil ki, biz regiondan kənar ölkələrdən istəyək ki, bizim taleyimizi həll etsin, problemlərimizi çözsünlər. Onların bizim regionda hər hansı yeri ola bilməz. Region ölkələrinin problemi həll etmək üçün lazımı qədər iradələri var”.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi