AXCP-nin qərargahında müəmmalı partlayış -Yenilənib - 3 (Fotolar)

img

03-03-2014 [11:49]


Azərbaycan Xalq Cəbhəsi Partiyasının mərkəzi qərargahının zirzəmizinsə partlayış baş verib. Deyerler.org-un məlumatına görə, bu barədə partiyanın mətbuat katibi Natiq Ədilov özünün Facebook səhifəsində bildirib.

O qeyd edib ki, partlayış partiyanın zirzəmisindəki bərbərxanada, gecə saat 04:35 radələrildə baş verib. Partlayış nəticəsində qərargahın zalı zədə alıb.

"Biz ümidvar olmaq istəyirik ki, partlayış AXCP-yə qarşı növbəti məkrli planın tərkib hissəsi deyil. Medianı baş verən hadisəni diqqətdə saxlamağa, dərin araşdırma aparmağa səsləyirik", - deyə Natiq Ədilov bildirib.

O qeyd edib ki, partiya yetkililərinin hadisəyə uyğun açıqlaması olacaq"(Deyerler.org).

"Amerikanın səsi"nin hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, binanın bir neçə hissəsində çat yaranıb. "Partlayışın gücündən binanın içərisində olan avadanlığa da ziyan dəyib. İtki və ya xəsarət alan yoxdur" deyə Amerikanın Səsinin müxbərir bildirir.

AXCP-nin baş qərargahının yerləşdiyi binanın zirzəmisini icarəyə götürmüş biznesmen "Amerikanın səsi"nə bildirib ki, zirzəmi üzlük daşlar anbarıdır və orada heç zaman qaz balonundan və ya qazdan istifadə edilməyib. "Dünən axşam saatlarında biz zirzəmini tərk etmişik və orada hər hansı qaz balonu olmayıb" deyə adının çəkilməsini istəməyən biznesmen bildirib.

AXCP rəhbərliyi partlayışın qəsdən törədildiyini istina etmir.

Partiyanın baş qərargahı bu binaya keçən ilin noyabrda köçürülüb.

Musavat.com-un fotoreportyoru hadisə yerində olub. AXCP sədrinin müavini Həsən Kərimov partlayış hadisəsini partiyaya qarşı təxribat hesab etdiklərini bildirib. H.Kərimov deyib ki, bu binanın sahibinə AXCP-ni oradan çıxarmaq haqqında xəbərdarlıq edibmişlər və deyiblər ki, əks təqdirdə o bina ya yanacaq, ya da partlayış olacaq: "Bütün səs yazıları, videolar əlimizdə var. Lazım olsa Avropa məhkəməsinə verəcəyik".

Bərbərxananın sahibi Samir Muradovun sözlərinə görə, o, heç vaxt qaz balonunundan istifadə etməyib. Amma maraqlıdır ki, obyektdən yanmış qaz balonu çıxıb.


AXCP-nin sədr müavini Fuad QəhrəmanlıAPA-ya açıqlamasındabildirib ki, partlayış nəticəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının qərargahına ciddi ziyan dəyməyib”.
O qeyd edib ki, partlayış baş verən zaman qərargahda iki nəfər partiya üzvü olub: "Hadisə binanın zirzəmisində yerləşən bərbərxanada qeydə alınıb. Partlayışın təsirindən qərargahın iclas zalına yüngül ziyan dəyib. Partlayış baş verən zaman qərargahda partiyanın gənclər komitəsinin iki üzvü olub, onlardan heç biri xəsarət almayıb”.




















Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA