Prezident “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”ni təsdiqləyib
21-12-2021 [17:55]
Prezident İlham Əliyev “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Mia.az xəbər verir ki, fərmana əsasən, “Aqroparklar haqqında Nümunəvi Əsasnamə” “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmana əsasən hazırlanıb və aqroparkların yaradılması, idarə edilməsi və onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyir. Aqroparklarda “Sahibkarlıq fəaliyyəti haqqında” qanunla qadağan edilməyən, innovativ texnologiya və üsulların tətbiqi yolu ilə rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması və xidmətlərin göstərilməsi, o cümlədən məhsulların saxlanılması, çeşidlənməsi və satışı ilə bağlı sahibkarlıq fəaliyyəti həyata keçirilir.
Aqropark innovativ texnologiya və üsullar əsasında rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması, aqrar-sənaye komplekslərinin inkişafı, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılması və bu sahədə sahibkarlığın dəstəklənməsi; iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi; aqrar-sənaye istehsalı sahəsində yerli və xarici investisiyalar üçün əlverişliliyin artırılması; əməkqabiliyyətli əhalinin aqrar-sənaye istehsalı sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb. Aqropark dövlət, bələdiyyələr və sahibkarlıq subyektləri tərəfindən dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlarda yaradılır. Aqropark üçün nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahəsi idarəedici təşkilatın daimi istifadəsinə həmin torpaq sahəsini icarəyə vermək hüququ ilə ayrılır. Aqroparkın fəaliyyətinə xüsusi və bələdiyyə mülkiyyətində olan torpaq sahələri Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq bağlanılan icarə və ya alqı-satqı müqavilələri əsasında cəlb edilir. Aqroparkın fəaliyyətinin təşkili, idarə olunması və inkişaf etdirilməsi Azərbaycan Respublikasının qanunlarına və bu sahədə yaranan münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara, həmçinin aqroparkın əsasnaməsinə və inkişaf konsepsiyasına uyğun olaraq dövlət tərəfindən yaradılan aqroparka münasibətdə idarəedici təşkilat tərəfindən, özəl aqroparka münasibətdə isə həmin aqroparkın qeydiyyata alınması barədə təklif göndərən sahibkarlıq subyekti və rezident (rezidentlər) tərəfindən həyata keçirilir.
Dövlət tərəfindən yaradılan aqroparkın əsasnaməsi idarəedici təşkilat tərəfindən, özəl aqroparkın əsasnaməsi isə idarəedici təşkilatın rəyi nəzərə alınmaqla, həmin aqroparkın qeydiyyata alınması barədə təklif göndərən sahibkarlıq subyekti tərəfindən təsdiq edilir. Aqroparkın əsasnaməsində onun vəzifələri, orada həyata keçiriləcək sahibkarlıq fəaliyyəti növləri, aqroparkın aidiyyəti dövlət orqanları, habelə yerli özünüidarəetmə orqanları ilə qarşılıqlı münasibətləri və digər məsələlər müəyyən edilir. Aqroparkın rezidenti aqroparkda sahibkarlıq fəaliyyətini Azərbaycan Respublikasının qanunlarına və idarəedici təşkilatla bağladığı müqaviləyə uyğun həyata keçirir. Aqroparkda fəaliyyət göstərmək üçün hüquqi və fiziki şəxslər bu Əsasnamə ilə müəyyən edilmiş qaydada aqroparkın rezidenti kimi qeydiyyatdan keçərək “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsini almalıdırlar. Aqroparkın rezidentinin aqroparkda həyata keçirdiyi investisiya layihəsi barədə məlumatlar qeydiyyat şəhadətnaməsinin əlavəsində göstərilir.
Aqropark barədə məlumatlar idarəedici təşkilat tərəfindən Reyestrə daxil edildikdən sonra 2 il ərzində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair heç bir müqavilə bağlanılmadıqda və ya əvvəl bağlanılmış müqavilələr qüvvədən düşdükdə aqroparkın qeydiyyatı ləğv edilir və ona dair məlumatlar Reyestrdən çıxarılır. Aqroparkın qeydiyyatının ləğv edilməsi haqqında qərar qəbul edildiyi tarixdən 1 ay sonra qüvvəyə minir. Qərar qüvvəyə mindiyi gün aqroparka dair məlumatlar Reyestrdən çıxarılır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi