Rusiya əsgərləri Ukrayna ordusu üzərinə hücuma keçdi

img

02-03-2014 [19:21]


Rusiya ordusu Ukraynaynanın Sevastopoldakı hərbi hissələrinə hücum etməyə hazırlaşır. Rusiya ordusu Ukraynanın Sevastopoldakı Matros Koşka hissələrinə hücuma başlayıblar. Dmitriy Beloçerkoves bu barədə Facebook səhifəsində yazır: "Rusiya ordusu Ukraynanın Sevostopol hissəsindən hücuma başlayıb. Bizimkilər BTR-lərlə müdafiəyə hazırlaşırlar."

O, jurnalistlərdən ora gedib baş verənləri işıqlandırmalarını xahiş edib.

D. Beloçerkoves "Ukrainskaya pravda"ya açıqlamasında, rusların Lazervskilər kazarmasının qarşısında yerləşən hərbi şəhərciyə - 39-cu təlim hissələrinə hücum etdiklərini təsdiqləyib:

"Ukraynalı zabit-parlamentçilər əsir götürülüblər. Binalardan birində yanğın başlayıb. Heç bir nişanı olmayan Rusiyanın KamAZ-ı hərbi şəhərciyin ərazisinə daxil oldu. Bizimkilər girişi BTR-lərlə kəsiblər və rusların KamAZ-ı onların əsas qüvvələrindən ayrı qalıb.

O, əlavə edib ki, ruslar şəhərciyin sərhədlərində avtomatlılar qoyublar və atəşlərlə hədələyirlər. KamAz-dan heç kim düşmür... AnsPress



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA