Moldovada dahi şair Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə silsilə tədbirlər təşkil edilib - FOTOLAR
20-12-2021 [15:32]
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Azərbaycan və Moldova Mədəniyyət nazirliklərinin dəstəyi ilə ölkəmizin Moldovadakı Səfirliyi və Moldova Milli Kitabxanası tərəfindən “Nizami Gəncəvi irsi mədəniyyətlərarası dialoq kontekstində” adlı birgə konfrans təşkil edilib.
Azərbaycanın Moldavadakı Səfirliyindən Mia.az-a bildirilib ki, Konfransda Moldova Respublikasının mədəniyyət naziri Sergiu Prodan, Yazıçılar Birliyinin sədri Teo Kiriyak, deputat Vitaliy Jakot, Elmlər Akademiyasının müxbir üzvü İon Hadırke, tanınmış jurnalist İqor Volnitski, şair Arkadi Suçeveanu, yerli ədəbiyyatşünaslar, Moldovadakı diplomatik korpusun əməkdaşları, eləcə də Moldovada yaşayan müxtəlif icmaların nümayəndələri, həmvətənlərimiz və yerli media nümayəndələri iştirak edib.
Öncə Moldovanın mədəniyyət naziri S.Prodan çıxış edərək, konfrans iştirakçılarını salamlayıb, dahi mütəfəkkir Nizami Gəncəviyə həsr edilmiş konfransın Moldova və Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığa əhəmiyyətli töhfə verəcəyinə əminliyini bildirib.
Daha sonra, səfir Qüdsi Osmanov Moldova Milli Kitabxanasına Azərbaycanın görkəmli şairinə həsr edilmiş konfransın və Nizami Gəncəvinin yaradıcılığına dair kitablardan ibarət sərginin təşkilində göstərdiyi yardıma görə təşəkkürünü bildirib. Səfir Nizami irsinin öyrənilməsinin xalqlararası əlaqələrin qurulması və möhkəmləndirilməsi baxımından vacib olduğunu vurğulayıb. Eyni zamanda, Q.Osmanov ölkəmizin mədəniyyət naziri Anar Kərimovun bu əlamətdar yubileylə bağlı müraciətini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Öz növbəsində, Moldova parlamentinin hakim Fəaliyyət və Həmrəylik partiyasının deputatı V.Jakot çıxışında Nizami Gəncəviyə həsr edilmiş konfrans mədəniyyətlərarası dialoqun uğurla davam etdirilməsinə zəmin yaratdığını bildirib, Azərbaycan mədəniyyətinin, eləcə də Nizami irsinin Moldovada təbliğində fəal və nümunəvi iştirakına görə ölkəmizin Səfirliyi ilə yanaşı Moldovada yaşayan azərbaycanlılara minnətdarlığını dilə gətirib.
Konfransda dahi şair və mütəfəkkirin yaradıcılığına dair hərtərəfli fikir mübadiləsi aparılması məqsədilə Moldovanın Yazıçılar Birliyinin sədri T.Kiriyak, Elmlər Akademiyasının müxbir üzvü İ.Hadırke, şair A.Suçeveanu, jurnalist İ.Volnitski, həmyerlimiz Yasin Seyidov və digərləri çıxış edib, konfrans iştirakçıları tərəfindən Nizami Gəncəvinin əsərlərindən götürülmüş azərbaycan və rumın dilində nümunələr səsləndirib.
Eyni zamanda, konfransda səfir və moldovalı ədəbiyyat xadimlərinin görüşünə əsasən, Azərbaycan kitablarının rumın dilinə və Moldova kitablarının azərbaycan dilinə tərcümə edilərək, gələn il çoxsaylı şair və yazıçıların iştirakı ilə Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada tədbir təşkil edilməsinə dair təşəbbüs qonaqların diqqətinə çatdırılıb.
Konfrans çərçivəsində Nizami Gəncəvi yaradıcılığına dair azərbaycan, rumın, rus və ingilis dilində kitablardan ibarət sərgi təşkil edilib. Sərgidə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən göndərilmiş dahi şairin həyat və fəaliyyəti ilə bağlı kitablar Moldova Milli Kitabxanasının kitab fonduna hədiyyə edilib. Kitab sərgisi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Konfrans və kitab sərgisi Moldovanın aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi