ABŞ-ın atom aviadaşıyıcısı Aralıq dənizinə girdi

img

01-03-2014 [22:19]


ABŞ-ın atom aviadaşıyıcısı "Corc Buş" fevralın 27-dən Aralıq dənizində döyüş növbəsindədir. ANS PRESS-in məlumatına görə, bu barədə Pentaqondan məlumat verilib.  

"Aviadaşıyıcı plan üzrə dənizdə təhlükəsizlik əməliyyatlarını dəstəkləyir və ABŞ hərbi-dəniz qüvvələrinin beşinci və altıncı donanmalarının bölgədəki öhdəliklərinə yardım edir", - deyə məlumatda bildirlir.

Fevralın ortalarında Amerikanın Virciniya ştatında yerləşən Norfolk hərbi bazasından "Corc Buş" aviasiya daşıyıcısının rəhbərliyi altında aviasiya zərbə qruplaşması yola çıxıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA