TƏLƏBƏ TƏQAÜDLƏRİ QALXDI - Sərəncam + Məbləğlər
20-12-2021 [10:17]
Prezident İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncamla “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 291; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 noyabr tarixli 2995 nömrəli sərəncamı) aşağıdakı dəyişikliklər edilib:
Doktorantura pilləsi üzrə:
elmlər doktoru hazırlığı üzrə doktorantlara verilən təqaüdün məbləği 300 manatdan 360 manatadək, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara verilən təqaüdün məbləği 180 manatdan 216 manata qədər artırılıb.
Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:
adlı təqaüd alan tələbələrə verilən təqaüdün məbləği 170 manatdan 204 manatadək artırılıb.
magistratura səviyyəsi üzrə:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 145 manatdan 174 manatadək,
akademik göstəriciləri 71-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 120 manatdan 144 manatadək,
akademik göstəriciləri 51-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 80 manatdan 96 manatdək artırılıb.
bakalavriat səviyyəsi üzrə:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 130 manatdan 156 manatdək,
akademik göstəriciləri 71-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 110 manatdan 132 manatadək,
akademik göstəriciləri 51-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 75 manatdan 90 manatadək artırılıb.
orta ixtisas təhsili müəssisələrində:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 75 manatdan 90 manatadək,
akademik göstəriciləri 71-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 60 manatdan 72 manatadək,
akademik göstəriciləri 51-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 50 manatdan 60 manatadək artırılıb.
Peşə təhsili müəssisələrində:
akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91 – 100 bal) olan tələbələrə verilən təqaüdün məbləği 75 manatdan 90 manatadək,
akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71 – 100 bal) olan tələbələrə verilən təqaüdün məbləği 60 manatdan 72 manatdək,
akademik göstəriciləri “3” – “5” (yüksək texniki peşə təhsili səviyyəsində 51 – 100 bal) olan tələbələrə verilən təqaüdün məbləği 50 manatdan 60 manatdək artırılıb.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Bu sərəncam 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi