Baş prokuror, məhkəmələr 12 nəfərlik ailəni süründürür

img

01-03-2014 [13:28]


Yasamal rayon Salatın Əsgərova 74 ünvanında yaşayan Mahmudova Yelizavetda Rəvaz qızı redaksiyamıza müraciət edib. Y.Mahmudova müraciətində Yasamal rayon prokuror işçiləri və 2008-ci ildəb bu yana məkməmə çəkişmələri zamanı üzləşdiyi haqsızlıqları dilə gətirib. Y.Mahmudova müraciətində qeyd edib ki, S.Əsgərova küşəsi də yerləşdiyi 420-ci məhəllə 1997-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1398 nömrəli sərəncamına əsasən Respublika Baş Prokurorluğuna verilib.

Sərəncama görə, həmin ərazidə prokurorluq işçiləri üçün ev tikintisi həyata keçirilməli idi. 1998-ci ildə həmin ərazinin boş sahəsində "Səadət” MTK tərəfindən tikinti işləri həyata keçirilib. 420-ci məhəllədə prokurorluq işçiləri üçün tikilən ev bir müddətə qədər avtomobil dayanacağı kimi istifadə olunana ərazidə inşa olunub. Bütüb bunlara baxyaraq sözügedən MTK və prokurorluq işçiləri ərazidə yaşayan sakinlərə müəyyən hədə qorxu gələrək onları evlərini tərk etmək məcburiyyətində qoyub. Bununla bağlı aifiyyatı qurumlara dəfələrlə müraciətlər olunsa da problem bu günə qədər öz həllini tapmayıb. Y.Mahmudova öz başına gətirilən müsibətləri isə belə xarakterizə edir: "Biz həmin evdə 12 nəfər ailə üvzü ilə bir yerdə yaşayırıq. Oğlanlarım, gəlinlərim, qızların, nəvələrim və mən. Ev 1857-ci ildə bud daşından hörüldüyü üçün istismar müddətini başa vurub. Bunu nəzərə alıb 2008-ci ildə evin bir otağını təmir etdirmək qərarına gəldik. İstəyirdim ki, qızım uşaqları ilə birgə həmin otaqda yaşasın. Bununla bağlı Memarlıq və Şəhərsalma Baş İdarəsindən və Bakı Şəhər İcra Hakimiyyətindən razılıq məktubu aldıq. Evin təmir bərpası üçün lazım olan tikinti materiallarını, usta və digər lazımı şeyləri alıb işə başladıq. Bir müddətdən sonra Respublika Baş Prokurorluğunun işçisi Nüsrət Nüsrətov, Yasamal Rayon prokuroru Həsrət Pirməmmədov, Sahə müvəkkili Arif Məşədiyev, Yasamal rayon prokurorluğunun və rayon polis idarəsinin 30 nəfər üzvü sözügedən əraziyə gələrək əllərində lom və digər əşyalarla evi uçurdular. Hadisə zamanı Yasamal Rayon Polis İdarəsinə bir neçə dəfə telefon zəngi etsək də bizdən adresi dəqiqləşdirdilər. Ancaq əraziyə bir nəfər də polis işçisi gəlmədi”. Y.Mahmudova baş verənlərlə bağlı 2008-ci ildə Yasamal Rayon Məhkəməsində "Mənzilin təmir bərpa işlərin aparılmasına qanunsuz maneələrin aradan qaldırılması və dəymiş naddi zərərin ödənilməsi ” tələbinə dair iddia qaldırdığını dedi. Onun sözlərinə görə, Yasamal Rayon Məhkəməsinin hakimi Raqib Qurbanovun 2 (004)-1461/2009-cu il tarixli qərarına əsasən Şəadət MTK-ya evin təmir tikintisini müdaxilə etmək qadağan edilib: "Qərarda göstərilib ki, "İddiaçı "Səadət MTK” cavabdehlər Mahmudova Yelizavetta və Əmlak Məsələləri Üzrə Dövlət Komitəsi yanından Bakı Şəhər Ərazi idarəsinə qarşı ilkin iddiasının rədd edilməsi, S.Əsgərov 74 ünvanında yerləşən yaşayış sahəsinin M,Yelzaveta adına özəlləşdirilməsi və onun adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reystrinin 0042391 saylı çıxarışın etibarsız hesab edilməsi rədd edilib”. Yasamal rayon məhkəıməsinin qərarından apelyasiya şikayyəti verən Səadət MTK və bu şirlkətin havadarları istəklərinə nail ola bilməyib: "2011-ci ildə Apelyasiya Məhkəməsinin hakimi İlqar Dəmirov Yasamal Rayon məhkəməsinin qətnaməsini qüvvədə saxlayan qərar çıxarıb”. Bununla hirsləri soyumayan qarşı tərəf işin ali məhkəməyə qədər çıxarılmasına zəmin yaradıb: "2011-ci ildə iş Ali Məhkəməyə göndərildi. Ali Məhkəmə Apelyasiya Məhkəməsinin qətanməsini ləğv edib. İşi yenidən baxılması üçün Apelyasiya Məhkəməsinəı göndərib. Proses 3 dəfə təkrar olunub. Bütün bunlarabaxmayaraq hər dəfəsində Apelyasi Məhkəməsi Yasamal Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. İndi iş yenidən Apelyasiya Məhkəməsinə göndərilib”. Y.Mahmudova onu da deyir ki, qarşı tərəf işin uzadılmasında maraqlıdır. Onun sözlərinə görə, Səadət MTK rəhbərliyi və onun arxasında duran havadarlar məhkəməyə təsir gpstərərək işin uzadılması üçün əllərindən gələni edirlər: "Biz məhkəməyə müraciət edəndə onlar da belə bir iddia qaldırıb ki, guya bizim yaşadığımız evə məxsus sənədlər qanunsuzdur. Halbu ki, mən bu evə gəlin gəlmişəm. Uzun müddət burada yaşamışam. Eyni zamanda DƏDRX və eləcə də aidiyyatı qurumlardan sənədlərimiz var”.

Y.Mahmudova işin Ali Məhkəmədən o yana aşa bilməməsini Səadət MKT-nın rəhbərinin köhnə prokuror işçisi olması ilə bağlı olduğunu deyir. Onun sözlərinə görə, Ali Məhkəmənin sədri Ramiz Rzayevlə Səadət MTK-nın rəhbəri bu məsələdə ortaq mövqe nümayiş etdirir.

Səadət MTK-nın (adı "Səadət”, özü "bədbəxtlik” gətirən) sədri Elmira Mirzəzadə öz əlaqələrindən istifadə edərək qanunsuz olaraq bizi sıxışdırır, qanuni hüquqlarımızı hər vəclə mane olmağa çalışır. Mən bir şeyi başa düşmürəm. Biz sıravi vətəndaşlar olsaq da, Azərbaycan Konstitusiyasına görə "Səadət MTK”nın rəhbəri və onların havadarları ilə eyni hüquqa malikik. Belədə onların hansı cəhəttən bizdən üstünlüyü vardır? Axı Konstitusiyaya görə dövlət məmurlarının öz səlahiyyətlərindən sui-istifadə etməsi yolverilməzdir. Qanun işçiləri özləri qanunu pozurlarsa, biz kimə müraciət etməliyik?!.


9 uşaq anası Y.Mahmudova onu da deyib ki, hal-hazırda yaşadığı evin ərazisində
qanunsuz olaraq Mühafizəçilər üçün yer düzəldilir. Y.Mahmudova onu da bildirib ki, mügafizəçilər prokurorluq işçiləridir. Z.Qaralovun qanunsuz əməlinə etiraz edəndə isə onlar Y.Mahmudovanı sakitləşdirməyə çalışıblar: "Bura boş ərazidir. Eviniz onsuzda sökülüb. Bu ərazinin əvəzinə sizə ev verəcəyik”.

Şikayətçi həmçinin onu da bildirib ki, baş verən proseslə əlkaqədər dövlət başçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Baş Prokuror Zakir Qaralava dəfələrlə müraciət etsə də bu müraciətlərə cavab verən olmayıb. Elə qanun işçiləri nəinki dövlət hüquqlarını qorumur, əksinə dövlət rəhbərliyi ilə xalq arasında uçurum yaratmağa çalışırlar "Biz prezidentimizi sevirik. Ona səs vermişik və ondan çox rayızıq. Şikayətimiz ölkə rəhbərindən deyil, onun vəzifəyə qoyduğu məmurlardandır. Axı Cənab Prezidentimiz bu məmurları xalqın qeydinə qalmaq üçün vəzifəyə qoymuşdur, xalqı incitmək üçün yox!”

Y.Mahmudova üzləşdiyi problemin aradan qaldırılmadığı təqdirdə beynəlxalq qurumlara müraciət etmək yönündə qərar qəbul etdiyini bildirib. Onun sözlərinə görə, yaxın zamanlarda Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinə sığınacaq almaq üçün müraciət edəcək: "Məni buna məcbur edirlər. Mən Almaniya, Fransa, ABŞ, Rusiya səfirliyinə bu ölkələrdən sığınacaq almaq üçün müraciət edəcəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA