Azərbaycanda əsgərin əlində mina partladı

img

01-03-2014 [11:52]


Azərbaycanda hərbi hissədə insident olub. Hadisə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 20 yaşlı Elmir Əkrəm oğlu Hüseynlinin əlində piyada əleyhinə minanın alışdırıcısı partlayıb.

Nəticədə iki barmağını itirən əsgər hospitala yerləşdirilib. Müdafiə Nazirliyin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, E. Hüseynli İmişli rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Xatırladaq ki, bir necə gün öncə Azərbaycan Ordusunun daha bir əsgəri minaya düşmüşdü. ANS PRESS-in məlumatına görə, Ağdamdan hərbi xidmətə çağırılan əsgər Sadiq Əmirov cəbhə bölgəsində minanın partlaması nəticəsində xəsarət almışdı.
Əsgər Sadiq Əmirov 1994-cü ildə anadan olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA