Tibb universitetinin yataqxanası yandı: xəsarət alanlar var - FOTOLAR

img

01-03-2014 [11:48]


Bu gün səhər saatlarında Bakının Nəsimi rayonu ərazisində yerləşən Tibb Universitetinin 5 saylı yataqxanasında yanğın baş verib.

Fövqəladə Halalr Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, məlumat daxil olan kimi, hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Hadisənin yataqxananın 2-ci mərtəbəsində otaqların birində baş verdiyi bildirilir. Nəticədə yataqxanada msəkunlaşan tələbələr evakuasiya olunub.

Hadisə nəticəsində ölən olmasa da, tələbələrdən bir neçəsi yüngül xəsarət alıb. Hələlik hadisənin dəqiq başvermə səbəbləri bilinmir. Lakin ilkin ehtimala görə, yanğın elektrik qısaqapanmasından baş verib.

Faktla bağlı araşdırma başlanıb.

***

Son məlumata görə, xəsarət alanlar xarici vətəndaşlar olublar. Onlardan biri Türkiyə vətəndaşı, digəri isə iranlı Şima Firuz adlı qız olub.














Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA