“Camaat 5 il, mən 15 il işlədim” – Tağı Əhmədov + Video

img

28-02-2014 [17:10]


Ötən gün Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılan yeni "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəhrərliyinin bu gün təqdimetmə mərasimi olub.

Maraqlıdır ki, yeni rəhbərliyin kollektivə təqdim olunması Bakı Metropoliten İdarəsində deyil, Hökumət Evində baş tutub. Dünənədək metropoliten idarəsinin rəhbəri olan Tağı Əhmədov da burada iştirak edib. Keçmiş rəis ANS-ə danışıb. O, dəyişikliyin normal olduğunu bildirib.

"Çox yerində verilən qərardır. Əgər metropoliten idarəsi birləşib, səhmdar cəmiyyəti yaranırsa, bu yaxşıdır. Mənə gəllincə, camaat 5 il işləyir. Mən bu vəzifədə 15 il işləmişəm, bu bəs deyil?”, - deyə Tağı Əhmədov bildirib.

Tağı Əhəmədov gedəndən sonra yeni rəhbər Zaur Hüseynov kollektivə təqdim olunub. Yeni rəis Bakı Metropoliten İdarəsinə gəlib.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA