“Bakıelektrikşəbəkə”də boş qalmış I müavin postuna yeni təyinat

img

28-02-2014 [14:43]


Prezidentin sərəncamı ilə "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə sədr gətirilən Zaur Hüseynovun "Bakıelektrikşəbəkə”dəki boş qalan vəzifəsinə yeni təyinat olub.

"Bakıelektrikşəbəkə” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin Modern.az saytına verdiyi məlumata görə, artıq "Bakıelektrikşəbəkə” ASC-də İdarə Heyəti sədrinin I müavini vəzifəsini Sadıq Sadıqov tutur.

ASC sözçüsünün dediyinə görə, Sadıq Sadıqov I müavin postuna gətirilməzdən öncə texniki direktor vəzifəsində çalışıb. "Sadıq Sadıqov artıq birinci müavin kimi öz işinə başlayıb. "Bakıelektrikşəbəkə” Açıq Səhimdar Cəmiyyəti olduğundan vəzifəyə təyinat da daxili əmrlə rəhbərlik tərəfindən aparılır”, – deyə Tanrıverdi Mustafayev bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA