XİN: "Erməni diasporasının Azərbaycana qarşı ianə kampaniyalarını ifşa edəcəyik"
15-12-2021 [09:21]
13-17 dekabr 2021-ci il tarixlərində Misirin Şarm Əl Şeyx şəhərində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına tərəf dövlətlərin Konfransının 9-cu sessiyası keçirilir. Sessiya çərçivəsində 14 dekabr 2021-ci il tarixində Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə "İanə toplanması fəaliyyətlərinin korrupsiya və digər cinayətkarlıq məqsədləri üçün sui-istifadəsi" adlı xüsusi tədbir baş tutub.
Xarici İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, Panel müzakirə formatında hibrid əsasda keçirilən tədbirdə Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) yüksək vəzifəli rəsmisi Tim Steele açılış nitqi ilə çıxış ediblər.
Baş Prokuror Kamran Əliyev öz çıxışında qeyri-kommersiya təşkilatları və xeyriyyə fondları tərəfindən həyata keçirilən ianə toplanması fəaliyyətinin böhran vəziyyətlərində olan insanlara humanitar dəstək istiqamətində əhəmiyyətli rol oynadığını, bununla belə, bu cür fəaliyyətlərə məhdud nəzarətin yekunda onların bəzilərinin korrupsiya, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi kimi cinayətkarlıq məqsədləri üçün sui-istifadə edildiyini qeyd edib. Bu xüsusda, Baş prokuror, Azərbaycanın bu problemdən əziyyət çəkdiyini qeyd edərək, iştirakçıların diqqətini ötən il Vətən müharibəsi dövründə erməni diaspor təşkilatları tərəfindən təşkil edilmiş qanunsuz ianə toplanması kampaniyalarına diqqət yönəldib.
Tədbirdə BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin, Avropa Qeyri-Kommersiya Hüququ Mərkəzinin, Böyük Britaniyanın "Greenacre" Qeyri Hökumət Təşkilatının və Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin (MMX) mütəxəssislərinin təqdimatları dinlənilib və interaktiv müzakirələr aparılıb.
Çıxışçılar öz təqdimatlarında xeyriyyə fondları tərəfindən təşkil olunan ianə toplanması kampaniyalarından sui-istifadənin qarşısının alınması məqsədilə xüsusi qaydaların hazırlanmalı olduğunu, bəzi xeyriyyə təşkilatları tərəfindən cinayətkarlıq əməllərinin maliyyələşdirilməsi məqsədilə virtual valyutalardan və internetin nəzarətsiz seqmentindən istifadə edildiyini, bəzi bank və digər maliyyə qurumlarının bu cür fəaliyyətlərə vasitəçi olaraq alət edildiyi və digər məqamları xüsusi vurğulayıblar.
Tədbirdə çıxış edən MMX-nin nümayəndəsi Ermənistan və Azərbaycan arasında baş vermiş 44 günlük müharibə dövründə xaricdə fəaliyyət göstərən erməni diaspor təşkilatları tərəfindən 170 milyon ABŞ dolları məbləğində vəsait toplandığını və bunun 110 milyon ABŞ dolları məbləğində hissəsinin qanunsuz olaraq Ermənistan büdcəsinə köçürüldüyünü qeyd edib. Bu faktın Ermənistanın yüksək səviyyəli rəsmiləri, o cümlədən baş naziri tərəfindən də etiraf edildiyini və müxtəlif ölkələrin vətəndaşlarından humanitar yardım adı altında aldadılaraq toplanmış və Ermənistanın dövlət büdcəsinə köçürülmüş bu vəsaitin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində əvvəllər yerləşdirilmiş qanunsuz silahlı birləşmələrin silahlanmasına sərf olunduğunu qeyd edib.
Xarici İşlər Nazirliyi bildirir ki, Azərbaycan tərəfi bundan sonra da bütün beynəlxalq platformalar çərçivəsində erməni diaspor təşkilatları tərəfindən müxtəlif ölkələrdə təşkil olunan və Azərbaycanın suverenliyinin əleyhinə yönəlmiş ianə toplanması kampaniyalarının ifşa olunması və qarşısının alınması istiqamətində məqsədyönlü fəaliyyətini davam etdirəcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi