Yevlaxda camaat ayağa qalxdı, polislərin müdaxiləsi fayda vermir

img

28-02-2014 [11:10]



 Yevlaxda sosial müdafiə fondunun qarşısında izdihamlı etiraz aksiyası başlayıb.

 Mia.az İnterpress.az-a istinadən xəbər verir ki, Yevlax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin qarşısında etiraz aksiyası başlayıb. Rayon əhalisi qurumun fəaliyyətindəki nöqsanlardan cana doyduğundan ayağa qalxıb.

Ötən ay Yevlax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin qarşısında haqsızlığa dözməyərək özünü yandıran əlil Nizami Kərimovun həyat yoldaşı Zülfiyyə Kərimova da etirazçılar arasındadır.

Z.Kərimova əməkdaşımıza bildirib ki, indiyə qədər bu ailə ilə maraqlanan olmayıb, dəfələrlə aidiyyatlı qurumlara müraciət etməsinə baxmayaraq, bütün şikayətləri cavabsız qalıb: "Ərim özünü yandırandan sonra Natiq Məmmədovu işdən çıxarıb ,onun yerinə müavini Zərifə Əsədovanı təyin ediblər. Ancaq bu yerdəyişmə camaatın gözünə kül üfürmək üçün edilib. Çünki Natiq yenə də Zərifəni qabağa verib, öz işini görür”.

Əməkdaşımız bildirir ki, aksiyaya polis müdaxilə edib.

Məlumata görə, hələ də olay davam edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA