Gəncə Aqrar Universitetində ixtisasartırma ilə bağlı şok faktlar...

img

28-02-2014 [11:00]


Dövlət Aqrar Universitetində fəaliyyət göstərən elmi labaratoriyaların heç bir faydalılıq əmsalı olmasa da, hər il bu labaratoriyalara külli miqdarda vəsait ayrılır və bu vəsaitlər öz təyinatları üzrə xərclənmir.

Bu barədə daxil olan məlumatda bildirilir ki, Dövlət Aqrar Universitetinin rəhbərliyinin ciddi korrupsiya hallarına yol verdiyi sahələrdən biri universitetin nəzdində fəaliyyət göstərən 5 elmi sahə labaratoriyalarıdır. Universitetin nəzdində fəaliyyət göstərən, Torpağın və ətraf mühitin ekoloji monitorinqi, Taxıl və paxlalı bitkilər, Meyvə, tərəvəz və suptropik bitki genefondunun yaradılması və becərilmə texnologiyasının işlənməsi, Qoyunların infeksiyon xəstəliklərini öyrənən sahəvi elmi-tədqiqat, Aqraq sahədə alternativ enerji mənbələrindən istifadə laboratoriyaları və bu laboratoriyaların 4 təcrübə sahəsində aparılan elmi təcrübələrin sayı və isifadə olunan vəsaitlər şişirdilir və hər il dövlət büdcəsindən ayrılan külli miqdarda vəsait mənimsənilir. Mənbə bilidirir ki, bu günə qədər bu labaratoriyalarıda kənd təsərrüfatının inkişafı və müasirləşməsi üçün heç bir əməli iqşlər görülməyib. Yəni faktiki olaraq bu labaratoriyaların faydalılıq əmsalı sıfırdır. Ayrılan vəsaitlər təcrübə sahələrində elmi təcrübələrin keçirilməsinə, yol xərclərinə, müxtəlif dərman pereparatlarının alınmasına və digər işlər adı altında silindiyi bildirilir. 

Daxil olan məlumatda həmçinin vurğulanır ki, univrsitetin rektoru İbrahim Cəfərovun əsaslı gəlir yerlərindən biri də universitetin nəzdində fəaliyyət göstərən İstixasartırma və Təkmilləşdirmə şöbəsidir. İxtisas artırma və Təkmilləşdirmə şöbəsi kənd təsərrüfatı kadrlarının peşə ustalığının, elmi nəzəri biliklərinin genişləndirilməsi, elmi və texnikanın ən yeni naliyyətlərinin mənimsənilməsi, həmçinin kənd təsərrüfatı mütəxəsisləri üçün Kənd Təsərrüfatı Nazirliyinin göndərişi və ya vətəndaşla bağlanmış fərdi müqavilələr əsasında kənd təsərrüfatının sahələri üzrə (baytarlıq, zootexnika, mexanikləşdirmə, elektirikləşdirmə, aqronomluq, bitki mühafizəsi, meliorsaiya, ekologiya, kənd təsərrüfatı iqtisadiyyatı, aqrar siyasət və s.) istisasartırma kurslarının təşkili ilə məşğuldur. 

İxtisasını dəyişmək istəyən vətəndaşlardan İxtisas artırma və Təkmilləşdirmə şöbəsinə qəbul olmaq üçün 800-1200 manat arası "hesab” alınır. İl ərzində universitetin bu şöbəsinə yüzlərlə vətəndaş həm fərdi qaydada həmdə Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə İxtisas artırma və Təkmilləşdirmə şöbəsinə qəbul olunur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

pia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA