"Gəlin, bu düşməni birlikdə məhv etməyə çalışaq" - Autizm

img

27-02-2014 [22:39]


 «Düsmən atəşkəsi pozub, lakin cavab atəşiylə susdurulub”.

 Bu sözləri cəbhə bölgələrimizdən dəfələrlə eşitmək təəssüf ki, adi hala çevrilsə də, bu, müharibə qanunlarından biridir. Yəni, düşmənin atəş nöqtələri mütləq susdurulmalıdır. Əks halda, bizə ancaq getdikcə çoxalan itkilərimizi saymaqdan başqa çarəmiz olmayacaqdır.

 Bu gün cəbhə bölgələrimizdən başqa da savaş gedir, bu savaşın adı Autizmdir.

 Autizm nədir? Autizm – bir coxlarına bu söz tanış olmasa da, təəssüf ki, bir çox ailələr üçün bu sindirom artıq həyat tərzinə dönmüşdür. Soruşa bilərsiniz, axı, nə üçün sən buna savaş kimi baxırsan? 

Bunu bilənlər bilir ki, əgər ailədə bir nəfər bu tip xəstəlikdən əzab cəkirsə, bu, bütün ailənin həyat tərzinə öz təsirini göstərir. Ailədə həm maddi, həm də mənəvi sarsıntılar bir-birini dəyişməklə, dövriyyə edir. Çox pis haldı ki,  getdikcə bu tip problemi olan ailə və uşaqların sayı çoxalmaqdadır.

 Dövlət ailənin böyük formasıdır, deyənlər yanılmayıblar, amma gəlin, görək, bu "böyük ailə” öz üzvlərinə layiqli yanaşırmı? Yoxsa elə ögey uşaq həmləsi yapıb, ailəyə yük, ailənin başqa üzvlərinin maddi durumuna təsir edir deyə, övladından üz cevirir? Və ya onu (Autizm xəstəsini) qohum-əqrabanın yanında ayıbdır deyə, küçədə təmiz geyindirib, evdə isə lazımsız əşya kimi əl ayağa dolaşmasın deyə, küncə qoyurmu? 

 Gəlin, bir neçə dəqiqəliyə bu suallara cavab axtaraq.  

İlk öncə Autizm sindiromunun bir neçə xüsusiyyətini nəzərinizə catdırmaq istərdim. 

Autizm - daxili və xarici amillərin təsiri nəticəsində orqanizmdə gedən maddələr mubadiləsinin pozulmasına gətirən və bununla  baglı yaranan psixo- nevroloji simptomların kompleksidir. Loru dildə isə desək, bu bir necə xəstəliyin orqanizmdə birləşməsidir.

Amma gəlin indi baxaq, Azərbaycanda bu problemlə savaş necə gedir və ya gedirmi? 

Bu gün Azərbaycanda getdikcə çoxalan və Autizm problemi olan uşaqlarla məşgul olan təşkilatların işinə nəzər yetirsək, görərik ki, orada persional əsasən pedaqoqlardan ibarətdir. Sual verə bilərsiniz, bəs, həkimlər hanı? Axı, Autizm bir neçə xəstəliyin birləşməsindən əmələ gələn sindiromdur. 

Çox təəssüflə bildirmək istəyirəm ki, bu mərkəzlər ancaq birtərəfli işləyirlər. Düzü, onlarda heç günahda yoxdur, cünki mən şəxsən bu mərkəz rəhbərlərinin bəziləriylə tanışam və bu fədakar insanların əməyi qarşısında baş əyirəm. Bəli, həkimləri və başqa elm nümayəndələrini bu tip işlərə cəlb eləmək ücün böyük vəsait tələb olunur. Bunu isə dövlət dəstəyi olmadan etmək, mümkün deyil.

 Deməli, belə çıxır ki, biz düşmənin atəş nöqtələrini susdura bilmirik, sadəcə itkilərimizi sayıb, yaralılara məhdud olan quvvəmizlə kömək etməyə çalışırıq. Bəli, bu gün Autizmi yaradan amilləri araşdırıb, aradan götürülməsə, pedaqoqlarımızı və valideynləri, biz, bu döyüş meydanında tək qoymuş oluruq. Bundan əlavə, digər əsas probləmə diqqət artırılmalıdır. Pedaqoqlarımızın təhsili də tam qənaətbəxş deyildir. Çoxunun beynəlxalq sertifikatı yoxdur, bir neçə günlük seminarlara qulaq asıb şəhadətnamə almaqla, onlar Autizm kimi böyük döyüş maşının qarşısına çıxmaq olmaz. Yazının əvvəlində dediyim kimi, bu, bir savaşdır, bu savaşda hər gün hesabdan gedir. Ləngimək Autizm problemi olan uşaqın məktəbə getməsinə, normal cəmiyyətə qoşulmasına əngəl törədir.

 Odur ki, mən, Autizm sindiromlu övladı olan bir ata kimi, üzümü valideynlərimizə tutub deyirəm:

 - Gəlin, bu düşməni birlikdə məhv etməyə çalışaq. Muraciət etdiyiniz hər bir pedaqoqun və həkimin bu işlə məşgül ola bilmələri barədə sənəd soruşmağa çəkinməyin. Övladınıza vurulan hər bir vaksinin, dərmanın, qidanın tərkibiylə maraqlanın. Unutmayın ki, Autizm bir necə xəstəliyin birləşməsindən əmələ gəlir, onlardan ağır metal zəhərlənməsi əsas yerlərdən birini tutur. Bu gün ucuz başa gəlsin deyə, vaksinlərə və qidalara vurulan konservantlar bu zəhərlənmələrin əsasını təşkil etdiyindən bu savaşda hamı birlikdə iştirak etməlidr. Istər dövlət, istərsə də sadə vətəndaş. Bu, bizim bir insan kimi haqqımızdır.

 Əhməd Rəhmanov, 

Azad istehlakcılar Birliyinin nəznində yaradılmış Tibbi müayinə, Müalicə, Profilaktik Bərpa Iştirakçı Hüquqların Müdafiəsi Komissiyasının sədri


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA