Sumqayıtda MEDİA rəhbərləri Xocalı soyqırımı mövzusunda toplandılar - FOTOLAR

img

27-02-2014 [19:27]


Dünən Sumqayıt şəhərində "Xocalı soyqırımı həqiqətləri mediada” konteksində dəyirmi masa təşkil olundu.

Tədbir "Mina Qurbanlarının Müdafiəsi” ictimai birliyinin sədri Məmmədhəsən Həsənovun təşəbbüsü, xeberlent.az saytının təşkilatçılığı ilə baş tutdu.

Tədbirdə xeberlent.az, mia.az, xeberle.com, apa.az, birlik.az , 168 saat.com, faktxeber.com saytlarının rəhbərləri və əməkdaşları iştirak etdilər.

Qarabağ qazisi Məmmədhəsən Həsənov Xocalı qətliamının həqiqətlərindən danışdıqdan sonra jurnalistlərin suallarına cavab verdi. Sonda jurnalist və media rəhbərləri ilə müvafiq mövzuda müzakirələr oldu.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA