Hikmət Hacıyev Heydər Əliyevdən danışdı: "Ölkəmizin dünyada artan nüfuzu hər kəsin gözü önündədir"
12-12-2021 [14:38]
"Ulu öndər Heydər Əliyevin xatirəsini böyük hörmət və ehtiramla yad edirik. Azərbaycan xalqının, dövlətçiliyinin tarixində ümummilli lider Heydər Əliyevin müstəsna və əhəmiyyətli rolu var. Azərbaycan dövlətçiliyinin təməlinin qoyulması və möhkəmlənməsi, ölkəmizin inkişafı bilavasitə Ulu Öndərin adı ilə bağlıdır".
Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar İstanbulda keçirilən anım mərasimində jurnalistlərə açıqlamasında bildirib..
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğal siyasətinə baxdıqda, ilk növbədə, Heydər Əliyev şəxsiyyətinin onların qarşısında duran ən böyük maneə olduğunu vurğulayan Prezidentin köməkçisi qeyd edib ki, 1980-ci illərin sonunda Ulu Öndərin SSRİ-nin Mərkəzi hakimiyyət orqanlarında tutduğu vəzifələrdən kənarlaşdırılması ilə Azərbaycan xalqına qarşı mənfur siyasətin başlamasının bütün çalarlarını görürük:
"Çünki onların qarşısında ən böyük sipər Ulu Öndər amili idi. Həmin dövrdə Azərbaycana qarşı o mənfur planları planlaşdıranlar və həyata keçirənlər hər şeyi çox gözəl hesablamışdılar. Amma onlar bir amili görə bilmədilər - Azərbaycan xalqının müdrikliyini. Onlar 1993-cü ildə xalqın israrlı tələbi ilə Ulu Öndərin hakimiyyətə qayıtması nəticəsində ölkəmizin yenidən qurulması prosesini nəzərə almamışdılar. Heydər Əliyevin qoyduğu dövlətçilik irsi bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ötən il noyabrın 8-də, Şuşa işğaldan azad olunduğu gün Prezident İlham Əliyev Ulu Öndərin məzarını ziyarət edərkən bu sözləri dedi: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Bəli, Ulu Öndərin Azərbaycan xalqı və xüsusilə də Ali Baş Komandan qarşısında qoyduğu əsas vəzifə Qarabağın işğaldan azad edilməsi idi. Ulu Öndər məcburi köçkünlərlə görüşlərinin birində, əminliklə deyirdi ki, biz Laçına da, Kəlbəcərə də, Şuşaya da qayıdacağıq, işğal altında olan digər torpaqlarımıza da qayıdacağıq. Bu, həqiqətən də belə oldu. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqı o torpaqlara qayıtdı və qüdrətini bir daha göstərdi”.
Hikmət Hacıyev deyib ki, bu gün Azərbaycan dövləti Ulu Öndərin qoyduğu irs əsasında hərtərəfli inkişaf edir, beynəlxalq aləmin layiqli üzvüdür və ölkəmizin dünyada artan nüfuzu hər kəsin gözü önündədir/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi